Qalmaqallı kitabın müəllifi: Ağıllarına gələni yazırlar

Qalmaqallı kitabın müəllifi: Ağıllarına gələni yazırlar

 

Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

BakuPress.Az-ın məlumatına görə, kitabın müəlliflərindən biri Kamran ƏsədovQafqazinfo-ya açıqlamasında dərsliklərdəki rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq, bunun məqsədli deyil, texniki səhv olduğunun şahidi ola biləcəyimizi bildirib.

“Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və bu dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq tarixdən anlayışı olmayanlar ancaq Armeniya sözünü eşidərək mətbuatda dərc ediblər ki, kitabda böyük Ermənistan yazılıb. Hamı bundan danışır, yazır. Əlbəttə ki, hər kəsin həssaslıq və narahatlığını başa düşürəm. Ermənistan bizim düşmənimizdir. Amma unutmaq olmaz ki, bu kitabı yazan şəxslər ölkəni, dövləti, milləti heç də onlardan az sevmir”.

Müəllifin sözlərinə görə, o dövrün siyasi analizini apara bilməyənlər nəsə yazmağa çalışırlar: “Xilafət dövrü xəritələrində Ərməniyyə həm Atropatena və həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi. İndi deyək ki, bu indiki Ermənistandır, gülməlidir... Atropatena ərazisi e.ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və VII cildlik Azərbaycan Tarixinin I cildində, VI sinif Azərbaycan tarixi kitabında da bu vurğulanıb. Yəni X sinif “Ümumi tarix” kitabının 32-ci səhifəsində “Böyük Ermənistan”ın xəritəsi verilməyib, sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının sərhədləri qeyd olunub. Ayrıca Ermənistanın xəritəsi və sərhədləri yoxdur. Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda verilib”.

K. Əsədovun məlumatına görə,  xəritə ilə bağlı yaranmış problemin əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir: “Təəssüflər olsun ki, tarixdən anlayışı olmayanlar bura ağıllarına gələni yazırlar. Yenə kampaniya başlayıb, hamı erməni axtarışına çıxıb. Mənasız yerə şərh yazmaqdansa tarix kitablarını oxuyun, gorün hələ Armeniya və yaxud sonralar ərəb qaynaqlarında adı çəkilən Ərməniyyənin heç indiki erməniyə dəxli var, yoxsa yox. Millət iş gorür, biz də cəfəngiyyat danışırq. Hamınızı tarix oxumağa dəvət edirəm. Bu xəritə Trayan dövrünün xəritəsidir və hazırda Roma şəhərində sərgilənir.

Həmin xəritə 25 ildir ki, bizim dərsliklərdə istifadə olunur. Amma Armeniya vilayətinin adı silinməklə 4 dildə dərslik nəşr etmək, onu tam ibtidaidən yazmaq, redaktə etmək qısa müddət üçün çox çətindir. Dərsliyi yazıb tenderə qoşulduq. Ona ekspertlər də baxıb və bir ay ictimai müzakirəyə çıxarılıb. Heç bir şəxs o qeydlə bağlı bizə məlumat verməyib ki, bu var. Əlbəttə ki, bu, heç kimə haqq qazandırmaq deyil. Amma biz bu xofla, qorxu ilə heçnə edə bilmərik. Xəritədə erməni dövləti göstərilməyib. Roma imperiyasının xəritəsidir və o xəritə Roma paraqrafında gedib. Əlbəttə ki, Azərbaycan və digər dillərdə olan nəşrlər kimi silinməsi daha məqsədəuyğun olardı, amma bu bizim tarixdən qaçmağımız deməkdir. Heç kim demir ki, Roma İmperiyası dövründə erməni dövləti olub və ya bu xəritə böyük Ermənistan dövlətinin xəritəsidir. Bu, tarixdə e.ə ll b.e.III əsrlərinə aid Roma imperiyasının xəritəsidir, sərhədləridir və onun vilayətləridir”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…