Şəfəq Ağacan-Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən Son bölüm

Bir neçə gündür Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimin bir ömür taleyimdə izi olan mənə öyrətdiyi başı bəlalı H.Cavidin "Qız məktəbində "(mən o vaxt o şeirin adını "Gülbahar") qoymuşdum,B.Vahabzadənin "Gülüstan"poemasına görə mənə qoyulan qadağadan,bu qadağadan hiddətlənib müəllimdən babama yazdığım ilk şikayət məktubundan yazmışdım.

Bəzi dostlarım bu maraqlı xatirəmin sonunu istədilər. Yazım sizi yorsa halal edin. 

 

3 -cü hissə

 

1984 cü il aprel ayının son günləri

 

Məktubu göndərəndən sonra babamın yolunu dörd gözlü gözləyirdim.Tam əminliklə inanırdım ki,babam məktubumu alan kimi gələcək.

 

Artıq müəlliməmin mənim şeirimə qadağa etdiyi gündən 2 gün keçmışdi.Həmişəki qaydada yenə dərsə gəldim. Əslində müəlliməyə artıq nifrət edir,özümü sinif yoldaşlarımın içində alçaldılmış,yad biri kimi tək hiss edirdim. Dərslərimə isə həmişə kimi hazır gəlirdim.Çünki, dərslərimin hazırlanmasına atamın çox ciddi nəzarəti var idi.Nəzarət olmasaydı heç bir ev tapşırığını yerinə yetirməzdim.Onsuz iki gündür nə əlimi qaldırır,nə löhvəyə çıxmağa can atırdım.

 

Müəlliməm sinifə girib salamlaşandan sonra stolun üstündən bir yazılı vərəq götürüb mənə uzatdı və dedi ki, Şəfəq,bu şeiri təcili əzbərləməlisən .Sabah 28 aprellə bağlı şəhərimizin tədbiri var.Həmin tədbirdə bizim məktəbimizi sən təmsil edəcəksən.

 

Tədbirdə ilk çıxış sənindir. Evdə bu gün yaxşı -yaxşı əzbərlə , qiraətinə şübhəm yoxdur,qiraət səndə fitri istedadır . 2 bənd şeirdir,asan yadda qalandır....Müəllimə danışır,tapşırır...Mənim isə gözüm müəllimə baxır,amma dediklərinin heç birini eşitmirdim... 

Əyilib sakitcə vərəqə baxdım. Vərəqin yuxarı hissəsində qırmızı qələmlə 10 nömrəli məktəb ,1 A- Şəfəq yazılmışdı. Ardınca şeir başlayırdı. 

 

Vərəqi dərsdən evə gələndə yolda cırıb tulladım.Öz aləmimdə müəlliməmin əzbərləməyə verdiyi şeirin sözləri yazılan vərəqi cırmağımla ,mən də müəlliməmin öyrətmək istədiyi şeirə qadağa qoydum...

 

 Artıq sabah tədbirdə nə edəcəyimi bilirdim.ilk dəfə olaraq beynimdə qisas planı hazırlayırdım.)))

 

Səhəri gün tədbir başladı.Hamı tədbirin yüksək səviyyədə keçməsi üçün çalışırdı . Bir məndən başqa...

Tədbirin rəsmi hissəsi bitdi və bədii hissə elan olundu. 

 

Tədbirin aparıcısı tədbirin bədii hissənin açıq elan etdikdən sonra səhnəyə səhnəyə 10 nömrəli məktəbin 1- ci sinif şagirdinin ad,soyadını elan elədı,alqış sədaları zalı bürüyür.Nədənsə adı elan olunan məktəblinin səhnəyə qalxması yubanırdı.Səhnəyə gəlişi yubanan həmin məktəbli isə mən idim. 

 Bədii hissənin proqramında çıxış edən məktəblilərə nəzarət, Pioner Baş dəstə Rəhbərinə tapşırlmışdı.

"Ay Şəfəq ,cəld qalx səhnəyə biabr olduq " dəstə rəhbəri bunu deyib əlimdən tutaraq, istiqamətini səhnəyə qalxan pilləkənə tərəf yönəltdi.

Əlini əlimdən çıxartdım."Mən çıxış etməyəcəm.Səhnəyə məndən sonra olan uşaqları çıxarın.

Heç kəs özünü yormasın .Mən bu şeiri deməyə özümə qadağa qoymuşam!"

Dəstə rəhbərinin gözləri birdən birə necə böyüdüsə,elə bil ona qəfil ölüm xəbəri dedilər.

 

Səhnədə isə artıq başqa bir şagirdlərdən ibarət rəqs qrupu çıxış edirdi...

 

 

-Bu nə biabrçılıqdır, Şəfəq! Dəli olmusan?Heç utanırsan? Sən bizi biabr elədin!Bir balaca boyunla aləmi qatmısan .Ayıb olsun!Sənin etdiyin bu hərəkətin adı tərbiyəsizlikdir!

Bunun boyuna bax,dediyi sözə,təxribat yaratmağına bax!(Təxribat sözünü həmin ilk dəfə eşidirdim,heç başa düşmədim)

Ay qız niyə cavab vermirsən?Səni bəlkə kimsə öyrədib?

 

Məni dayanmadan gah danlayır,gah lənətləyirdi...

Mən isə susurdum. 

Nəhayət yoruldu.Sakitliyim onu yordu...

Heç cavab vermə, cəhənnəmə cavab ver. Xanım müəlliməni uzaqdan görən kimi lal dilin açılar.

 

 

Elə bunu deyib ,ardınca yenə nəsə demək istəyirdi ki, məktəbimizin direktoru Rəhmətlik Xanım müəllimə gəldi.

 

 

 Yaxınlaşan kimi ilk sualı bu oldu?

 

-Ay Şəfəq, şeirini niyə demədin?Bəlkə tam əzbərləyə bilməmisən deyə çıxış etmədin?

 

-Mən heçnə əzbərləməmişdım. Qəsdən özüm əzbərləməmişdim.. Müəllimə bir vərəqdə yazıb vermişdi,heç üznə baxmadım.Dərsdən evə qayıdanda yolda cırıb atdım.

 

-Təəccüblə baxaraq ,niyə cırıb atdın?

 

Səbəb nə idi?

 

-Çünki, babam öyrədən şeir yaxşıdır. Müəlliməm babam öyrədən şeirə bütün sinifin içində qadağa qoydu.Ona görə mən də onun öyrətmək istədiyi şeirə qadağa qoyub ,öyrənmədim.Demişəm də sizə , babam da müəllimdir,özü də lap sizin yaşda ...Heç müəllimə özündən böyük yaşda müəllimin öyrətdiyi şeirə qadağa qoyar?Hələ üstəlik həmin gün qiymətimi də yazmadı...Cümləmi zorla bitirdim.Qəhər boğazımda düyünlənib,gözlərim artıq yaşarmağa başlamışdı.Biraz da danışsam ağlayacaqdım . Ona görə susdum...

 

Xanım müəllimə sanki bir anlıq donmuşdu ,ilk dəfə məni görən adamlar kimi zəhimli,ağıllı baxışlarıyla təpədən dırnağa süzüb və məni qucaqlayıb ,bir kəlmə dedi:

-Bərəkallah,Şəfəq!(Bərəkəllah sözünün intonasiyasında səsin gücündə qəribə bir ahəng var idi)

 

-Ardınca soruşdu, Azərbaycan şeirini bilirsən?

 

-Əlbətdə 

 

-Birazdan adın çəkiləcək,çıxıb deyərsən.Yaranmış dialoqun səmimyyətindən cəsarətlənib dedim:

 

-Azərbaycan şeirini bitirib,olar ardınca "Gülbahar" şeirini də deyim babam öyrədib.

 

Yox, onu sabah məktəbdə şəxsən özümə otağımda söyləyəcəksən.

Zala qayıtmaq istəyəndə ,qəfil nəsə xatırlayıb mənə sarı baxaraq bu dəfə adımla yox,soyadımla xitab elədi:

 Ağabalayeva, sabah otağıma gələndə gündəliyini də özünlə gətirərsən deyib ,yenidən zala qayıtdı .

 

Nəhayət ki,danışdığı dərsin gündəliyinə yazılmayan "5"-i Şəfəq gündəliyinə yazdırdı...

 

Tədbirin səhəri günü Xanım müəllimə məni otağına gətizdirdi, "Gülbahara" tam diqqətlə qulaq asıb,gündəliyimə böyük bir yağlı beş yazdı.

 

Direktorun otağından sevinə sevinə sinfimizə qaçdım. 

 

Xanım müəllimənin "Babamın öyrətdiyi şeirə görə yazdığı beşi bütün sinifə göstərəndən sonra özümü qalib hiss edirdim."

 

Qalibiyyət.Yetişən məktub...

 

Bazar günü yuxudan höküm ,təmkin,əzəmət dolu doğma bir səsin"Qızılağac imperyasının şahzadəsi nə yaman tənbəldir, hələ də yatır " deməyinə oyandım.Bu mənim babam idi.Sevindiyimdən yerimdən babamın qucağına bərk bərk sarıldım.Üz gözündən öpə -öpə sakitcə qulağına pıçıldadım :"Dadaş,bilirdim ki,məktubu alan kimi gələcəksən ."Oda sakitcə qulağıma tapşırdğın kimi birbaşa məktubu məktəbdə otağıma çatdırdılar,bu gün gəldim"

 

Babam çayını,çörəyini yeyib, rahatlanıb divana əyləşən kimi,bütün dəftərlərimi,gündəliyimi fəxrlə stola yığdım.Babam dəftərlərimə baxa- baxa başını qaldırmadan çatma qaşlarını birazda çataraq qəfildən atama eynəyinin altında baxaraq :"Ay oğul, uşağın bu qədər qaralama dəftərinə nə gərəkdir.Şəfəqin xətti maşallah səliqəli və çox əladır!Qaralamalara yazdırmağı yığışdır ,uşaq yorulur,bir pedaqoq kimi deyim ki, uşağın uşaqlığına,əyləməyinə mütləq vaxt qalmalıdır.Uşaqlıqda buna vaxt çatmayanda ,həmin uşaq mütləq böyüb şəxsiyyət olmaq əvəzinə uşaqlıq etmək istəyir. Birinin böyüyüb uşaqlıq etməyi ,ilk növbədə özünə,sonra valideyinlərinə ən sonda cəmiyyətə bəla gətirər."

 

(Məktub tam oxunmuşdu.Bu ilk reaksiya idi)))

 

Gül kimi zehinli,məktəbə həvəsli,əla oxuyan uşağı salmısan gözümçıxdıya....

Sonra sakitcə əyilib üzümdən öpüb dedi :"Xətrinə dəyən olsa,babaya bir təcili teleqrama yanındayam))

 

Teleqram nə deməkdir?

Hə elə məktub kimi bir şeydir,poçtla göndərirlər.Məktubun ünvana yetişməyi 4 -5 gün çəkir.

Onun üçün təcili xəbərlər teleqramla göndərilir.

Bunu mütləq yadında saxla!Teleqram məktubdan daha tez çatır,təcilidirsə 1 saata çata bilir(Babam sətiraltı mənə məktub gec gəlməyini ,belə hallar təkrarlansa ,təcili teleqramdan istifadəni mənə öyrədir))) .Sonra anama tərəf baxıb:

-Ay bala ,Şəfəqi geyindir, bir günlük gəlişimin əsas səbəbi Şəfəqdir.Yaman darıxırdım,tətili gözləməyə səbrim çatmadı.Uşaqla doyunca gəzim.

 

 "Qızıl Açar"medayonlu qızıl sep hədiyyəsi

 

Həmin gün babam mənə hədiyyə olaraq zərif toxunuşlu,medalyonu incə qızıl açar olan sep aldı.

-Ay Dadaş,Gülbahar deyir axı məktəblinin bəzəyi qızıl yox bilikdir.

 

-Bəli tamamilə,Düz deyir.

 

-Bəs onda niyə sən mənə qızıl aldın?

 

-Bu sənin yaxşı qiymətlərinə babadan hədiyyədir,indi taxmağa almadım,verərsən ana saxlayar ,ali məktəbə gedəndə taxarsan .

 

Babamın əlindən tutub gəzərkən,elə bilirdim hamı bizə baxır.Hamıda mənim babamın müəllim olduğunu bilir.

Xeyli baba nəvə söhbət etdikdən sonra,gəlib çatdıq mənim şikayət məktubuma)

 

 Məktubunu dünən aldım və çox bəyəndim.Hələki bu barədə bir sən ,bir mən birdə Allah bilir.İnşallah məktubunu qohum qardaşı bir yığıb təntənəli şəkildə oxuyacam.Hələ müəllim dostlarımıda çağıracam.Qoy görsünlər mənim necə nəvəm var.Hər kəs sənin bilik,fərasətinlə fəxr eləsin.Sən tək mənim nəvəm deyilsən axı.Qızılağac imperyasının şahzadəsisən !Şahzadənin məktubu xüsusi təqdimatla oxunmalıdır!

Bir anlıq həyəcan və şikayət dolu məktubu yazdığım , həmin gün çox gərgin ,pərt olmuş Şəfəqlə bu günki qalib ,xoşbəxtlik və sevincdən hər yana şəfəq saçan Şəfəqi beynimdə müqayisə edirdim.

Birdən babam gülə gülə mənə tərəf əyilib,pıçıltı ilə "öz aramızdı məktubun barıtını yaman çox eləmişdin" Əslində düz eləmisən şikayət məktubunun barıtını çox eləməsən,şikayətə gec baxarlar))Məktubu oxuyan kimi,necə özümdən çıxdımsa dərhal məktəbinizin direktoru Xanım müəllimə ilə telefonla danışdım.Hər şeyin yoluna düşdüyünü,hələ sənin inadkarlığın ,indakrlığından az qala bütün məktəbi bir şeirə qurban verirmişsən.)))Məktubu srağagün almışdım,Xanım müəllimənin sözünün dəqiqliyinə əmin olduğumdan,səfərimi bazar gününə saldım.Belə olmasaydı ,birbaşa məktəbə gələcəkdim.

Bir anlıq dünən 

Xanım müəllimin dünən gündəyimə bərpa olunan "5"in səbəbini başa düşdüm.

 

-Gülbahar qəşəng adır?

 

-Əlbətdə.

 

Bəs o vaxt mənim adımı nə əcəb Gülbahar qoymadın?

 

Çünki ,adların ən gözəli Şəfəqdir,Şəfəq olmasa nə Gül olar,nə də bahar...

 

Səhəri babamın geyinib mənsiz kəndə qayıtmağına çox ağladım. Babam mənim gözümün yaşını silə- silə məni aparmamaq səbəbəni izah etməyə başladı.

 Mənim ağıllı qızım, düz 25 gündən sonra son zəngdir,sonra yay tətili başlayır.2-ci sinifdən öz məktəbimdə oxuyacaqsan.Baba sözü verirəm!Bircə ölüm itim olmasın!

 

25 may.Sabahdan yay tətili başlayır.İstədim son zəngdən sonra babama təcili teleqram göndərim ki,şahzadə sabah kəndə gəlir.Sonra fikrimdən vaz keçdim. 

Elə həmin gün Poçtalyon qapımıza teleqram gətirdi.Bu teleqram babamın ölüm xəbərini gətirmişdi.

 

Sən demə mənim babama yazdığım ilk məktubum həm də ona son məktubum imiş... Sonra anladım ki , babamla son görüşümüz,onun mənə verdiyi öyüdlər hamısı sonuncu imiş.

 

Məktubumu oxuyub, özünü mənə çatdırmasından 25 gün sonra,1984 -cü ilin ,25 mayında babam son zəng tədbirində son dəfə çıxış edərək, şagirdlərlə sağollaşlb,məktəbdən evə gəlir,qəfil ürək tutmasından 64 yaşında dünyasını dəyişir.O gün fələk müəllim olan babamın son zəngini çaldı .

Final

 

Birinci sinifi babama söz verdiyim kimi əla qiymətlərlə başa vurdum. İkinci sinifdən isə kənddə babamın məktəbinə yox , yeni aldığımız evimizə yaxın olan 27 saylı məktəbdə oxumağa başladım.

1 il oxuduğum 10 nömrəli məktəbdən bircə məktəbin direktoru Xanım müəllimə əbədi yaddaşıma yazıldı. Qalan heç kimsəni yadda saxlamadım.

27 saylı məktəbdə ibtidai sinif müəlliməm Xalidə müəllimə mənim üçün bir nümunə oldu.2 ci sinifdən 11 ci sinifə qədər dərslərimi yaxşı oxudum,bütün məktəbin sevimli ,nümunəvi şagirdinə çevrildim.

Bircə yeni məktəbimdə babam kənd məktəbinin direktorudur,mənim də babam müəllim işləyir deyə bilmədim,sadəcə soruşanda babam müəllim olub deyirdim.Bu günə kimi fəxrlə Ağabala müəllimin nəvəsiyəm deyirəm.Bu günə kimi hər yerdə onun haqqında insanlığı,müəllimlimliyi,mərdliliyi,savadı,dünyagörüşü,əxlaqı və xüsusi natiqliyi haqqında eşidirəm.

Burda yəqinki tanıyanlar babamla bağlı yazdıqlarımla tam razılaşırlar.

Onun hər öyrətdiyi mənə uğur gətirdi.Ondan öyrəndiyim bütün yeni sözləri sevdim,təkcə "teleqram "sözünə nifrət elədim.

0.065567016601562