Hikmət Hacıyev: “Azərbaycan torpaqları Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir” - FOTO

Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri İrəvan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilir”.

 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.

“Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında uşaqlarla yanaşı, mülki şəxslər də var”, - deyə o bildirib.

 

 

0.03041410446167