Züleyxa Nadir-FEVRALZADƏLƏR

 

Bu gün fevralın sonuncu – 4 ildən bir olan 29-cu günüdür. Yəqin bilirsiniz ki, fevral ayını sevmirəm. Amma nə xoş ki, bu ayda doğulan gözəl insanlar tanıyıram. Elə burda da hamısı seçilmişlərdir-həm bir-birindən gözəl xanımlar, həm də yaraşıqlı kişilər, xasiyyətləri də gül kimi :) Doğum günlərində heç birinə ayrıca təbrik yazmamışam, amma bu o demək deyil ki, diqqətsizəm, etinasızam. Deyiləm, əlbəttə. Ümumiyyətlə, son iki ildi burda ayrıca təbrik yazmıram, heç kim inciməsin. Bütün fb dostlrımın xətri mənim üçün əzizdi. Amma bu yazı ilə ayrıca öz bürcdaşlarımı “optavoy” təbrik etmək istəyirəm! :) 

Bəsti İsmayılı çox sevirəm. Yazdıqlarını su kimi içirəm. Mənə “İşıq qız” deyir. Halbuki özünün işığı yüzlərlə şagirdin yolunu nurlandırıb. Şəxsən tanışlığım Nabranda olub. Bir neçə il əvvəl istirahət edərkən orda görüşümək fürsətim olub. Çox gözəl gün idi... Zarifa Başirqızı – mənim dərddaşım, sirdaşım. Eyni tale yolunun yolçularıyıq. Həyata dirəniş göstərməyin bəzi nüanslarını ondan öyrənmişəm. Mərddi, cəsurdu, sözü və özü bütövdü. Ən əsası, dünyanın ən zəhmətkeş, ən fədakar ANAsıdır. Shefeq Agacan - qəşəng qızdı, gülərüz, səmimi, pozitiv. Bir müddət əvvəl o da bu həyatın xoş olmayan imtahanından çıxdı. Neynəməli... dolçaların taleyi heç vaxt hamar olmur. İttifaq Mirzəbəyli – illər öncə “Xalq qəzeti”ndə birlikdə çalışmışıq. Demək olar ki, qəzetin sütunlarından biri idi. “İdi” ona görə ki, indi təqaüdə çıxıb. Gözəl günlər və can sağlığı, İttifaq müəllim. Vasif Ismayıl – şəxsən tanışlığım yoxdu, amma burdakı paylaşımlarından öyrəndim ki, təkcə yaxşı doktor deyil, həm də daha geniş mütaliəsi olan elm, ürfan sahibidir. Güman ki, həkim olmasaydı siyasətçi, filosof, ədəbiyyatçı, musiqiçi, lap elə riyaziyyatçı da ola bilərmiş. Aynur Camal – bir zamanlar “Xalq qəzet”ində birlikdə işlədiyimizdən dolayı tanışlığımız yaxındı. Aparıcı media holdinq rəhbəri kimi uğurlu xanımdır. Rasim Ismayilovu da facebook tanıdıb. Məncə, yaxşı oğlandı, :) nəsə neqativə istiqamətləncəyinə inanmıram. Paylaşımlarında haqlı tənqidlər olur. Akif Aşırlı - “Şərq”in baş redaktoru olsa da xətti mənim üçün əzizdir, sadə, səmimi, milli məfkurəyə sahib, türkçü oğlandır. Dolçadır, axı, başqa cür ola da bilməz :) Hələ onu demirəm ki, eyni zonanın havasını udub, suyunu içirik. Esli Xelilqizi– rəhmətlik Mahal İsmayıloğlunun tapıntısı, ən uğurlu kadrı. “Xalq qəzeti”ndə birlikdə işləmişik. Gözəl günlər idi, Əsli, deyilmi?! :) İndi səsi Türkiyədən gəlir, universitet müəllimidir. Neriman Kerimov - əmioğlu olmağından başqa tələbəlik dostumdu, yəni o, Xalq Təsərrüfatında, mən də ADU-da oxuyurdum. Bizim jurnalistika fakültəsi onların institutları ilə yanyana idi Baksovetdə (indiki İçərişəhərdə). Çox yaxşı oğlandı :) Gulcahan Alimardanova – bilirəm ki, Rumiyye Miraslan ın tələbə yoldaşı olub, haqqında xoş sözlər danışıb mənə həmişə. O üzdən də məndə bu qıza qarşı simpatiya yaranıb. Eləcə də Fəridə Aslanova Rüstəmova... onun da bu günlərdə Rumiyyenin tələbə yoldaşı olduğunu bilmişəm. Ümumiyyətlə, Rumiyyə ilə bağlı kim olsa – istər ailə üzvü olsun, istərsə də dostu, tanışı - mənim üçün əzizdir, doğmadır, sevərəm onları. Togrul Musa – oğlumun dostudur, balam kimi sevirəm, yaradıcı oğlandı. Afiza Aliyeva – doğma bacım olduğu üçün haqqında heç nə yazmıram, sonra deyərsiz ki, tərəfkeşlik edirəm :) Amma yox... bir onu deyə bilərəm ki, mənə anamdan çox ana olub. İlhame Dagli Shelale Hassanova – hər iki xanımı burda tanımışam, dolça bürclərindən olduqları üçün əminəm ki, gözəl xanımlardır, müsbət auraları var. Elshad Hasanov həmişə tələbə yoldaşım saymışam, baxmayaraq ki, məndən bir neçə kurs yuxarı oxuyub. Üstəlik də hər ikimizin ortaq dostu, yaxınımız Aslan Nəsibovdan dolayı onu özümə bir köynək yaxın bilmişəm :) Basti Besti Bayramova – doğmaca bibim qızıdır, ingilis dili müəlliməsidir. İşdən sonra haçan zəng vurarsan dərs oxuyur, haçan gedərsən yazı yazır, proqram tutur, ya da onlayn dərsdədir. Bir sözlə, bu qızın sərbəst olaraq normal vaxtının olduğunu görmədim. Hər dəfə onun bu halını görəndə müəllimlərə yazığım gəlir. Nə qədər çalışmaq olar? Jurnalistdən beşbetər 24 saat beyinləri işləyir. Di gəl ki, cəmiyyətin ən çox söyülən, döyülən təbəqəsidir müəllim. Firuz Mustafa - nasir, dramaturq, esseist, filosof. Firuz müəllimin yaşı ilə facebookdakı fəaliyyəti tərs mütənasibdir :) gənc tanıyıram ki, fb-nin nə olduğunu hələ bilmir. Amma Firuz müəllim tarixi fəlsəfi paylaşımları ilə diqqət çəkir. Məncə, ondan öyrənənlər çoxdur burda. Qaldı bir nəfər, o da mən. Deyilənə görə mən də pis qız deyiləm... :) 

Əziz bürcdaşlarım, təkrar təbrik edirəm! Hamınız mənə əzizsiniz, doğmasınız.

P.S. unutduğum, yadımdan çıxan oldusa üzürlü saysın. Onları ikiqat təbrik edirəm!

 Aydın Cansayağı P.P.S. sabah da onun doğum günüdür. Aydını da fevralzadələrin gözünə qatıb bəri başdan cani-könüldən təbrik edirəm. Keşke ikicə gün tez doğulaydı, o da fevralzadə olardı.  Mən Aydına qərdüşüm deyirəm – Bakı ləhcəsində. Talış ləhcəsi ilə Bakı ləhcəsi qarışanda xüsusi ahəng yaranır.  Aydın təkcə möhtərəm və möhtəşəm deyil, həm də nəhəng jurnalistdir, Böyük Kişidir! SÖZ Xiridarıdır! SÖZ Xəzinədarıdır!

1.2061769962311