İntihar baiskarları, yoxsa xaosu körükləyən müttəfiqlik...?

İntihar baiskarları, yoxsa xaosu körükləyən müttəfiqlik...?

Bank sistemindəki böhranın canlar almaması üçün fövqəlmüdaxiləyə ehtiyac var...


“Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi indi 1,8 milyard manatı ötüb təhlükəli həddi də aşıb. Həmin artan problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq. Börcların xeylisinin qayıtması nəticəsində isə bankların çoxunu xilas etmək olar və  həmin vəsait  hesabına digər zəruri  tədbirlər də həyata keçirmək olar. Kimsə borcunu ödəyə bilmirsə,onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir, borca görə vətəndaşı həbs etmirlər.  Bizim bu yöndəki risklərin 4 yerə bölünməsi təkliflərimizi zamanında həyata keçirməklə artan borcların məbləğinin cəmi 15 faizinə qədər dövlət vəsaiti sərf edib, məsələni xeyli çözmək olardı. Bu istiqamətdə biz deputat həmkarım Vahid Əhmədovla birgə verdiyimiz təkliflərdə Mülki Məcəlləyə və Banklarla bağlı qanunlara əlavələr və dəyişikliklər də var. Aidiyyatı orqanların  bu məsələyə yenidən baxması problemin həllinin xeyrinə olar”.
Bu fikirləri Milli Məclisin payız sessiyasının dünən keçirilən iclasında iqtisadçı millət vəkili Əli Məsimli səsləndirib.
 
Millət vəkili Vahid Əhmədov da deputat həmkarının fikirlərinə şərik çıxaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) gözləntilərin özünü doğrultmadığını bildirib:
 
“Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma təəssüf ki, bunu görmədik”.  
Təbii ki, cəmiyyət, xüsusən də ölkə əhalisinin, Əli Məsimlinin də ifadə etdiyi kimi, ən azı hər 4 nəfərindən biri Milli Məclisin payız sessiyasının başlanmasını məhz ona görə səbrsizliklə gözləyirdi ki, görəsən az qala ikinci Qarabağ yarasına çevrilmiş bank kreditlərinin qaytarılmasında parlamentarilər hansısa ümidverici təkliflərlə çıxış edəcəklərmi? Ən azından seçicilərinin bank və məhkəmə qapılarında süründürüldüyünü yüksək tribunadan səsləndirib bank sisteminin sağlamlaşdırılmasına cavabdeh olan bəylərin pambıq tıxanmış qulaqlarını cingildədəcəklərmi? 
 
Etiraf edək ki, Əli Məsimli və Vahid Əhmədov prosesin lap əvvəlindən ölkənin bank sistemindəki mövcud acınacaqlı durumu hər fürsətdə dilə gətirərək müvafiq qurum rəhbərlərini təxirəsalınmaz tədbirlər görməyə çağırırdılar. Amma bu çağırışlar MBNP rəhbəri Rüfət Aslanlının komandasının qulaqlarına çatmadı. Çatsaydı ölkə prezidentindən o boyda səlahiyyətlər əldə edilməsinə baxmayaraq bank sistemindəki xaosu aradan qaldırmaq bir yana, heç olmasa tormozlayardılar. Amma əvəzində biz nə gördük? Rüfət Aslanlının yerə-göyə sığmayan iddiası və intəhasız təkəbbürünü, eyni zamanda ölkənin bank sisteminin gerçəkdən “Fatihə”sini oxumaq üçün  müttəfiq axtarışına çıxmasını. Acınacaqlı haldır ki, xoşməramlı iş görmək, ölkə prezidentinin göstərdiyi yüksək etimada arxalanaraq bank-maliyyə sistemini sağlamlaşdırmağı bacarmayan səriştəsizlər banklara və onların çoxmilyonlu müştərilərinə divan tutmaq məsələsində heyrətamiz kəmfürsətlik nümayiş etdirərək qısa zamanda həm nəhəng sərvətə sahibləndilər, həm də öz əməllərinə qanuni don geyindirmək üçün həm parlamentdən, həm də məhkəmə orqanlarından səlahiyyət qoparmaq həvəsinə düşdülər. Milli Məclis “sərvət avcı”larının bu istəyini gözlərində qoysa da məhkəmələr MBNP rəhbərinin “ilanı Seyid Əhməd əli ilə tutmaq” siyasətinə boyun əyərək vətəndaşa aşkar divantutma kampaniyasının həlledici alətinə çevrildilər.
Yeri gəlmişkən, Əli Məsimlinin “Sivil dünyada borca görə vətəndaşı həbs etmirlər” sözləri bu gün ölkədəki mövcud reallıqlarla səsləşir və yazıqlar olsun ki, bank sistemini ağlar qoyanlar eyni zamanda ölkəmizin beynəlxalq imicinin korlanması, sivil dünyanın bir parçası olduğumuzun inkarı üçün hər sey etdilər. Bu baxımdan bu gün ölkənin bank sistemini sağlamlaşdırmaq əvəzinə onu ağlar günə qoyanları qınayarkən cəmiyyət eyni zamanda məhkəmə hakimiyyətini və onun başında dayananları da haqlı olaraq məzəmmət və ittiham edir. 
 
Xatırladaq ki, bir müddət öncə Moderator.az-da MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev arasında məxfi (yəni ictimaiyyətə bu barədə hər hansı informasiya vermədən) görüşün baş tutması haqqında xəbər vermişdi və görüşdə hər iki tərəfi qane edən şifahi anlaşmanın əldə edildiyi vurğulanmışdı.(???)
Eyni zamanda millət vəkili Zahid Oruc ölkəni bürüyən intiharlara diqqəti yönəldərək kredit borcu olanların ucdantutma məhkəmələrdə məhşər ayağına çəkilməsini qınamışdı, Konstitusiya Məhkəməsinin kredit borcları məsələsinə yenidən baxmalı olduğunun yeganə çıxış yolu olduğunu vurğulamışdı. Amma Əli Məsimli və Vahid Əhmədov kimi onun da çağırışı səlahiyyət sahiblərindən lazımı dəstək almadığından məhkəmələr bütün hallarda bank-müştəri çəkişməsində birincilərin xeyrinə qətnamələr çıxarmaqda davam etməkdədirlər. Elə buna görədir ki, Milli Məclisin bu ghünki iclasından sonra daha bir bank borclusu çıxış yolunu intiharda görərək canına qəsd etmək yolu tutdu. Amma nəvaxtdadək bilərkədən “Qordi düyünü”nə çevrilmiş bu bəladan ağılabatan, hər iki tərəfi (borcalanla borcverən) qane edən çıxış yolu tapılamayacaq? Nə vaxtadək MBNP və Məhkəmələr arasındaki aşkar-gizli müttəfiqlik zavallı vətəndaşın başında çatlayacaq? Axı dövlət başçısı az qala hər fürsərdə məmurlara xalqın xidmətçisi olduqlarını xatırladır. Axı insanların həyatı ilə bu qədər saymazyana oynamaq olmaz. Niyə bu məmurlar xalqı dövlətdən və dövlətin başçısından narazı salırlar? Görünür bu sualın cavabının tapılması üçün hələ bir az da gözləmək lazım gələcək...


**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…