Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib


Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

 Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

 

Xatırladıq ki,BakuPress.Az saytının lentə aldığı  “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 500-ə yaxın avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar.Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa şəhər icra başçısı Bayram Səfərov tərəfindən əl altdan  necə satıldığını təsdiq edən sövdələşmə videosu ölkə mətbuatında xüsusi yer aldı.

Bunula ələqadar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq komitənin mətbuat xidmətindən bizə bildirdilər ki,Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi  maşınlardan xəbərsiz olduğunu və onlara heç bir aidiyyəti yoxdur.Onuda qeyd edək ki,biz materialı araşdırarkən  Şuşa şəhər icra hakimiyyətinə müraciət etmişdik,ötən sayımızda bu haqda yazmışıq hətta videoda maşınların necə satıldığı aydın görünür.Şuşa Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva video haqqında eşitdikdə bizə dedi ki,Bayram müəllim indi tədbirdədir amma sizinlə mütləq əlaqə saxlayacaq.Amma Bayram müəllim artıq 1 həftədir susur.Hətta Vüsalə xanım Musavat.com-a açıqlamasında qeyd edib ki,bu qərəzli videodur və bəzi jurnalistlər araşdırmadan qərəzli video yayır.Ay Vüsalə xanım qərəzli biz yox siz danışırsınız.BakuPress.Az saytı ilk növbədə sizinlə əlaqə saxlayıb açıqlamanızı verib və videomaterialda maşınlar necə satıldığı təsdiq olunması barədə sizə məlumat verdi lakin siz susdunuz və Bayram müəllim sizinlə əlaqə saxlayacaq dediniz.Qərəzli biz deyil sizsiniz məcburi köçkünün hədiyyəsinə göz dikirsiniz.Bir sözlə dəyirman öz bildiyini edir çax çax baş ağrıdır.Biz görmüşük ki,hansısa məmurun qara işlərinin üstü açılanda yalandanda olsa deyir mənim xəbərim yoxdur,mütləq bu işdə əməlləri olan cəzasını alacaq.Bayram Səfərov isə heç zənglərimizə cavab vermir.Yadınıza salım ki,Ulu Öndər Heydər Əliyev deyirdi:"Mən qapımdan çıxanda jurnalist mənə yaxınlaşıb sual verirsə mən onların sualını cavablandırıramsa məmur niyə jurnalistlərin sualına cavab verməsin bu onların borcudur" Biz hələdə kasıbın,qaçqının malını satıb cibini dolduran icra başçısının cavabını gözləyirik...Araşdırmamız davam edir .Bizi izləyin...

Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür. Bu tədbir hər halda uzun illər xatırlanacaq. İlk dəfə idi bu müsabiqəyə ev sahibliyi edən Azərbaycan həmin günlər dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdı.

Amma möhtəşəmliyi ilə yadda qalan “Eurovision-2012” müsabiqəsinin hələ də hər kəs üçün qaranlıq qalan başqa bir tərəfi də var. Bu da yarışmaya gələn alman turistlərin azərbaycanlı qaçqınlara hədiyyə olaraq gətirdiyi maşınlardır…

Belə ki, “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 500-ə yaxın avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar.Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa rayon icra başçısı Bayram Səfərov tərəfindən əl altdan satılır.. BakuPress Milli İnformasiya Agentliyinin apardığı araşdımalar zamanı məlum olub ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri B.Səfərov biçarə qaçqınların hədiyyəsinədə göz dikib. Bunuda bəhanə gətirirlər ki,guya maşınların sənədləri olmadığı üçün heç bir məcburi köçkünə verilə bilməyib.Videodan amma görürnür ki,Səfərovun əlaltıları 300 manata sənəd işini həll edib,bu maşınları necə satır.Qeyd edək ki, 500-ə yaxın maşının taleyinin necə olacağı, daha doğrusu, sonda kimin cibini “oxşayacağı” BakuPress.Az saytının əməkdaşları aşkar etdilər.Ötən saytımızda verdiyimiz yazıdan göründüyü kimi adı çəkilən insanlar hələdə verdiyimiz suallara cavab tapa bilmir və bizdən qaçırlar.Bir daha deyim ki,aidiyyəti orqanlar bu məsələni ciddi araşdırmalıdır biz Agentlik olaraq bu məsələdə xalqın malını yeyənlərin qanuni cəzasını tələb edirik.Bayram Səfərov bilməliydi ki,bu beş ildə maşınları 500 məcburi köçkün ailəsinə verilsəydi neçə ailə dolanacaqdı.Amma Səfərov əfsuslar olsun ki,köçkünün deyil öz cibinin hayındadır.B.Səfərov unutmamalıdır ki,prezident onu vəzifəyə köçkünün hədiyyəsini yeməyə yox,xalqın problemini həll etməyə təyin edib.Qısası yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır.Videomateralı sizə təqdim edirik. 

 

 

 

 

 

 

 

 

 

Məcburi köçkünlərə verilən maşınları icra başçısı necə satir-Araşdırma+Fotolar

Məlimdur ki.2012-ci il Bakıda keçirilmiş "Eurovision-2012” mahnı müsabiqəsindən beş ilə yaxın bir vaxt ötür. Uzun bir zaman keçməsinə baxmayaraq "Eurovision-2012”də alman turistlərin azərbaycanlı qaçqınlara bağışladığı maşınlar isə kimə verildi və necə oldu heç kəsə bəlli deyil.Şuşa rayon icra başçısı,Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov və bu maşınlar haqqında BakuPress Milli İnformasiya Agentliyinə daxil olan informasiyalar heç də ürəkaçan deyil.Sən demə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov qaçqınlara verilən hədiyyə maşınları öz şəxsi biznesinə çevirib. Həmin maşınlar 2000,1700,1500 manata satılır.Maraqlı burasındadır ki,2012 -ci il alman turistlərnin məcburi köçkünlərə 500-ə yaxın  hədiyyə etdiyi bu maşınlar,5 ildir ki, dayanacaqda Şuşa rayon icra hakiməyyətinin başçısı Bayram Səfərovun göstərişi ilə saxlanılır və xırda -xırda qeyd etdiyimiz qiymətlərə satılır.Bunuda qeyd edək ki,Bayram Səfərovun bazar və qara işlərinə onun qardaşı Kamil Səfərov nəzarət edir.Maşınların satıldığı yerdə guya baytarlıq apteki kimi görünən bir obyekt isə maşınların alqı- satqısı üçün ofisdir.Ofisdə danışıq işlərinə isə Bayram müəllimin əl altılarından olan Müstəcəb adlı bir şəxs baxır.Nəzarət isə həmişəki kimi Kamil Səfərova aiddir.BakuPress.Az saytının əməkdaşları faktı araşdırıb, təsdiqləmək üçün yaxınlaşdıq qara biznesin getdiyi həmin Binəqədi rayonunda yerləşən ofisə, maşın almaq fikrimizi dedik də adını qeyd etdiyimiz Müstəcəb adlı şəxs bizi apardı maşınların saxlandığı dayanacağa, dayanacaqda üzdə olan görüntü maşınlar deyil arxada maşınlar isə daha çox idi . Bizdə digər müştərilər kimi maşın seçib döndük baytarlıq apteki fəliyyəti isə maşın alqı satqısı olan ofisə,ofisdə Müstəcəb adlı şəxsə,bizim hansı maşını seçdiyimizi biləndə dedi ki," seçdiyiniz maşının qiyməti1700 azndir.Əgər sənəd istəsəniz 300 manata özümüz həll edirik. Amma indi 1700 azn və şəxsiyyət vəsiqənizin surətini verin,maşını isə dörd gündən sonra çıxara bilərsiniz.Deyim ki,sizə yaxın günlərdə bir müştərimiz aldı.400 manata sənədini də həll etdik 85 seriyası ilə qeydiyyatdanda keçdi,hazırda sürür həmin maşını."Qeyd edək ki,Həmin Müstəcəb müəllim özü əslən naxçıvanlıdır,85 seriyasını daha rahat düzüb qoşa bilir.Məsələ ilə bağlı sonradan Müstəcəb müəllimə jurnalist olduğumuzu dedikdə,o israrla "mən kiməm ki,ağa deyir sür dərəyə sürürəm.Bu işlərin başında Bayram müəllim özü durur.Suallarınızı ona verin.Birdə ki,bu maşınlar metallom kimi satılır pullarıda Qarbağ icmasına köçrürülür."Yaxşı deyək ki,maşınlar yararsızdır metallom kimi satırsınız yəni qeydiyyatda elə yazırsınız. Bəs necə olur ki,maşını metallom götürənlərə deyil adi vətəndaşlara satır, hələ üstəlik qeydiyyatdan keçirməyin yolunu tapırsınız. Onu da qeyd edək ki, bir neçə alıcı maşınların pulunu ödəsələrdə,nə maşın nədə pullarını geri ala bilmirlər.Bizdə eşitdiklərimizi və gördüklərimizin cavabın almaq üçün üz tutduq Şuşa rayon icra hakimyyətinə Bayram müəllimin qəbuluna düşək məsələyə aid suallarımızı verək. 

Bizi qəbula yazdılar və saat 5-də başçı bizi qəbul edəcəyini desələrdə vaxt çatdıqda vəziyyət dəyişdi. Bayram müəllim özü bizi qəbul etməkdən imtina etdi,bizi İctimai-siyasi və humanitar məsələlər şöbəsinin üzrə müavin Fətəliyeva Vüsalə xanım qəbul etdi.Məsələ ilə əlaqali sullarımızı məcbur olub Vüsalə xanıma verdikdə,Vüsalə xanım qeyd etdi ki, "bu maşınların qaçqınlara verilməməsinin səbəbi kimi onların gömrük rüsumu ilə ("rastamojka”) bağlı probleminin olmasıdır. Buna görədə məsələdə qaçqınlara heç bir güzəşt edilmədi.Və aparatın, nazirliyində xəbəri var ki, bu maşınlar nə satıla bilər nədə hədiyyə verilə bilər.Yalnız metallom kimi təhvil verilə bilər. Kimsə qərəzli məlumat yayır." Qeyd etdik ki,"Vüsalə xanım, biz bu məsələnin yalan və qərəzli olub olmamasını yoxlamaq üçün adı çəkilən yerdə araşdırma aparmışıq və fakt araşdırdığımız videomateralda öz təsdiqini tapıb" Bundan sonra Vüsalə xanım dedi ki, "Bayram müəllim təcili tədbirə getdi, sizinlə mütləq əlaqə saxlayacaq" Amma nə səs nə də Bayram müəllimdən cavab gəldi. Burda Müstəcəb müəllimin sözündə həqiqət olduğunu anladıq ki,bütün işlərin başında Bayram Səfərovun özü şəxsən durur.Maşınları dərəyə sürdürüb,satdıran ağa Bayram Səfərovdur.Maraqlıdır bəs bu satışın rəhbəri kimi Bayram Səfərovun adı çəkilir, bu cavaba başçının özü niyə cavab vermir? Deyək ki, ("rastamojka”) olmuyan qaçqına verilə bilməyən maşınlar satılıb, pulları hara gedir?Sual olunur, əgər bu maşınlar metallomluqdursa nəyi və niyə gözləyir? Vüsalə xanımın dili ilə desək "istifadəyə yararsız" maşınları qorumaq üçün niyə gözətçi tutulub bu "dayanacağa"? Suallarımızdan qaçmağı ilə Bayram Səfərov bir daha təsdiq etdi ki, maşınların pulu yalnız Səfərovun cibinə axır. 5 il gizli saxlanıb çürüdülən maşınlar qaçqın-köçkünlər üçün Azərbaycana verilən “bəxti qara” maşınların taleyi torpağını itirmiş qaçqının taleyi kimi qara gəldi Ümumi dəyəri azı yarım milyon manatdan çox edən bu avtomobillər bir qədər də zaman keçəndən, almanların o hədiyyəsi tam unudulandan sonra Bayram Səfərov düşünüb ki,bu maşınlar “əriyib suya dönəcək”, axıb-axıb Bayram Səfərovun pul kisəsini dolduracaq.Amma çox heyf ki,heçnə örtülü və gizli qala bilməz.Alman bizim ölkənin qaçqınına yardım edir məcburi köçkün rayonu Şuşanın icra başçısı Qarabağ icmasının sədri Bayram müəllim isə onları satıb cibinə qoyur.Burda deyiblər utanmasan ,oynamağa nə var... Almanlar bunu bilsə bizə nə ad verər?Ölkəmizdə tez-tez oyunlar keçrildiyini nəzərə alib deyirəm ki,ola bilər ki, yenə qaçqınlara hədiyyə etmək üçün maşın-filan gətirsinlər. Onda onlara əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, o maşınları kiməsə hədiyyə edəndə mütləq gömrükdən də keçirib rüsum ödəsinlər, yoxsa bunlar kimi o gətirdikləri də hansısa dayanacaqda çürüməyə tərk ediləcəklər və onların bu xoşniyyətli addımından qaçqın yararlana bilməyəcək yalnız hansısa məmurun cibinə axacaq pullar.Yerini yurdunu itirmiş qaçqının,köçkünün yardımına ,hədiyyəsinə göz dikən məmura nə ad vermək olar?Vallah mən ad tapa bilmirəm.Görünən budur... Görünən odur ki, hansısa məmur və ya məmurlar bu məsələdə maraqlıdır... Axı bunlar hər biri bir ailənin çörək ağacı ola, həmin ailənin yükünün dövlətin çiynindən götürülməsinə səbəb ola bilərdi... Suallarımıza cavab tapmaq üçün aidiyyatı orqanlara da müraciət edirik.Cənab prezidentimiz ölkəmizin rifahı üçün etdiyi yeniliklər,məcburi köçkün və qaçqınlara qayğı və diqqətini hər birimiz görürük.Bayram Səfərov kimilər isə ölkə başçımızın əməyinə ,siyasətinə bu cür addimları ilə ləkə gətirir. Hazırda fotoları sizə təqdim edirik.Redaksiyamızda videomateral hazırlanır. Bizi izləyin.Yazıda adı çəkilən hər bir kəsin qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq.

 

P.S Onuda deyək ki, Bayram Səfərovun bazar işlərinə baxan qardaşı Kamil Səfərov biz dayanacaqda maşınlara "müştəri" kimi baxanda maşınların birinin içindən gizli-gizli hər tərəfə nəzarət edirdi. Gördüyünüz  fotoda qırmızı rəngli maşında gizlənib oturan Kamil Səfərovdur.Ağ rəngli "nissan"markalı maşın isə Kamil Səfərovun şəxsi maşınıdır.Alıcı gələn kimi gizli nəzarət edir ...

 

Gördüyünüz fotoda isə alqı-satqı prosesi gedən Müstəcəb müəllimin oturduğu ofisdir,dayanacağın yanında gördüyünüz kimi adı baytarlıq apteki,özü isə qara bazar...

 

 

 

 

 



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Şou-Biznes 2018-05-04 21:11:58

    Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” - QALMAQAL

    Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2018-05-02 18:08:39

    Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video-YENİLƏNİB

    Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Siyasət 2018-04-21 00:38:38

    Hacıbala Abutalıbov vəzifəsindən getdi - Son dəqiqə + EKSKLÜZİV

    Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…