Diplomsatan jurnalistlər

                                                                      

BakuPress.Az köşə yazısını oxuculara təqdim edir.

Harasa qonaq gedərkən, servantda bol-bol sertifikatlar, diplomlar görürəmsə, bir daha o evə ayaq basmamağa çalışıram. Tanışlardan kimsə inciməsin, çünki o nümayişkəranəlik istər-istəməz insanda bütün həvəsi, enerjini öldürür. Məni yaxşı tanıyan dostlar deyə bilər ki, axı sənin də müxtəlif müsabiqələrdən mükafatların, plaketlərin, hələ üstəlik iki ali məktəb diplomun var…

Mən onları yataq otağımda saxlayıram. Evimə gələn qonaqlara nümayiş üçün göz önünə sərmirəm. Çünki belə şeylərlə öyünmək, qürrələnmək mənə gülməli gəlir. Hər insan müxtəlif cürdür. Sertifikat və diplom məsələsi azərbaycanlıların həssas yeridir. Az qala hər 3 azərbaycanlıdan biri çalışır ki, hansısa yolla nəyəsə aid bir mükafat əldə etsin. Dəyərli mükafat olmasa da olar, 5 manatlıq kağız sertifikat belə bəs edər. Yetər ki, təntənəli sözlər yazılsın. Müxtəlif QHT-lər, kurslar, qəzetlər, jurnallar bu arzuları çin etməkdə gecikmirlər. Bu gün bir çox kurslar marketin kursuna qatılmayan şəxslərə 100 manata “marketinq meneceri” sertifikatı verməyə hazırdır.

Adi bir supermarket sahibi hansısa QHT rəhbəri və ya qəzet redaktoruna 500 manat, 1000 manat və ya daha çox verməklə, “sanballı” bir mükafat ala bilər. Bir neçə il əvvəl bir dostum həftəlik qəzet çıxarmaq istəyirdi, mənə dedi ki, sponsorla görüş var, birlikdə gedək, mənə dəstək olarsan. Getdik… Gördüm ki, bir “moyka” sahibidir. Kabinetində saysız-hesabsız diplomlar, mükafatlar var. Özündən də çox bəhəbəhlə danışırdı. Tez-tez deyirdi ki, “mən Heydər Əliyev mükafatı almış adamam” (O adamla dostumun işi tutmadı… Səbəbini bilmirəm).

Şkafda uzun adı olan, amma ilk dəfə “eşitdiyim” bir qəzet tərəfindən verilmiş bəzəkli diplom var. Heydər Əliyevin adından istifadə edən bu şəxslər əlamətdar günlərdə imkanlı adamlara diplom satır, güzəranlarını sürürlər. Halbuki, Heydər Əliyev Mükafatı ölkənin ən ali mükafatlarından biridir və bu mükafatı Prezident şəxsən verir. Ona görə də, düşünürəm ki, xüsusi komissiya yaradılmalı və ölkədə tarixi şəxsiyyətlərin adına təsis olunan bütün mükafatlar, müsabiqələr bu komissiyadan icazə ilə keçirilməlidir. Çünki ölkədə diplomların satışı ilə ürəkbulandıran bir mənzərə yaranmaqdadır…

Bu yaxınlarda Qafqaz Xəbər Agentliyində Lənkəran rayonu Göyşaban kənd sakini Rəsmiyyə Rüstəmova müraciət etmişdi. R.Rüstəmovanın dediyinə görə, özünü “Presedent” qəzeti və “Xəbərfakt İnformasiya Agentliyi”nin nümayəndələri kimi təqdim edən Fariz Faziloğlu, İpək Kəlbəcərli kimi şəxslər ondan 2 min manat olaraq, əvəzində “Şəfa ocağı” adlı diplom veriblər, sonra isə gəlinini yoldan çıxaraq, külli miqdarda qızıl və brilliantı oğurlayıb onlarla qaçmağa təlqin ediblər. Qeyd edim ki, adıkeçən jurnalistlər 2016-ci ilin avqustunda saxlanılıblar, lakin istintaq gedişi müddətində sərbəst buraxılıblar.

Onlardan müxtəlif rayonlarda yaşayan 42 şəxs şikayət edib. Adıkeçən jurnalistlər bizimlə söhbətində bu məlumatı təkzib etdilər… Lakin bizim suallarımız qarşısında dözümlülük göstərə bilməyib, polislə təhdid etməkdən də çəkinmədilər. Mən sorğulamıram, bu jurnalistlər niyə azadlıqdadır və ya istintaq hansı qərara gələcək… Amma həqiqətən də, bir yolunu tapmaq lazımdır. Yoxsa, jurnalistikamız Həsən bəy Zərdabi dövründən də qədimə, geriyə gedəcək.

Şərəfli həmkarlarımın, sadiq oxucularımın yeni ili uğurla gəlsin!..

- Rüfət Əhmədzadə

BakuPress.Az



**********************************************************************************************************************************************************

Ən çox oxunan xəbərlər

  • Araşdırma 2017-05-23 09:48:13

    Astarada Allaha meydan oxuyan kimdir? - Gizli çəkiliş

    Çəkdiyimiz videomaterilarda görəcəksiniz ki,Astaranın Şüvi kəndində yaşayan…

  • Cəmiyyət 2017-02-19 16:58:10

    Vətəndaş etiraz olaraq jurnalistin qarşısında gözünü çıxartdı - ŞOK -Video

    BakuPress Milli İnformasiya Agentliyinin əməkdaşları Xocalı soyqırımını…

  • Gündəm 2017-01-26 14:51:22

    Məcburi köçkünlər etiraza qalxdı-Video

    BakuPress.az xəbər verir,bu gün Bakl şəhər Yasamal rayonu Şərifzdə küçəsində…

  • Cəmiyyət 2017-04-12 14:07:07

    Seyid Ələkbərin 15 manatlıq huriləri-VİDEO+YENİLƏNİB

    Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə…

  • Cəmiyyət 2017-05-12 16:48:33

    ALLAHA MEYDAN OXUYAN MƏMMƏDSƏFA-ARAŞDIRMA    

    Zaman- zaman Şeyx Nesrullahlar,molla İbrahimxəlililər,Dərvişməstəlişahlar…

  • Cəmiyyət 2017-06-07 23:25:44

    Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEO+Yenilənib

    Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür.…

  • Cəmiyyət 2017-02-24 15:58:24

    Millət acından qırılır, bu millətə yazığınız gəlsin - ETİRAZ -VİDEO

    BakuPress Milli İnformasiya Agentliyi xəbər verdiyimiz kimi,Xocalı ilə…

  • Siyasət 2016-09-23 09:17:34

    Prezidentin verdiyi qərar ən doğru yoldur

    Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi…

  • Cəmiyyət 2017-08-01 13:05:37

    Bakıda "mamarozanın" evində gizli çəkiliş- "Polis maşını görəndə qaçın" - VİDEO

    Bakıda insan alveri ilə məşğul olan qadının gizli çəkilmiş görüntüləri…

  • Cəmiyyət 2017-07-16 19:33:15

    Oğraşlığın aksioması:Şəkidə ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpədən cinayət əməlləri…

  • Cəmiyyət 2017-07-22 02:57:17

    Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı-SƏBƏB VƏTƏNDAŞ ŞİKAYƏTLƏRİDİR

    Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə…

  • Kriminal 2017-06-24 23:33:58

    Sevgilisi ilə gizli görüşən 21 yaşlı gəlinin dəhşətli sonu

    Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar…