Sumqayıt şəhərində, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub.
BakuPress.Az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
"Hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib", - məlumatda deyilir.