Arif Quliyevin xanımının vəziyyəti daha da ağırlaşdı

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən Quliyevlə əlaqə saxlayıb.

O bildirib ki, anasının vəziyyəti daha da ağırlaşıb:

"Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar", - deyə R.Quliyev qeyd edib.

0.046518802642822