Bakıda TIR dəhşət saçdı: Gənc oğlanın başının üzərindən keçdi

Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verən qəzada həyatını itirən şəxs 2004-cü il təvəllüdlüdür".

Bu məlumatı BakuPress.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli verib.

"Hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib. "Mercedes-Benz" markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vurub. Hadisə nəticəsində motosikletin sürücüsü, 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

0.03259801864624