İlham Əliyev dünyada ədalətin bərqərar olması üçün çalışan dünya miqyaslı sülh carçısı olan XEYİR QÜVVƏLƏRİN RƏHBƏRİDİR

Bakıda 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, bu forumda 110 ölkənin dəyərli ziyalılarının, siyasətçilərinin iştirak etməsi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, bütün bəşəriyyət üçün olduqca əhəmiyyətli hadisədir. Cəsarətlə deyə bilərik ki, bu forum dünyada gedən xeyirlə şərin mübarizəsində, bütün xeyir, sülh, qardaşlıq, bərabərlik tərəfində olanların bir cəbhədə birliyinin daha mütəşəkkil təşkilatlanması üçün keçirilən olduqca önəmli bir tədbirdir. Cənab prezident çıxışı zamanı açıq şəkildə keçmişin iyrənc müstəmləkəçilik siyasətinin davam etdiyini göstərdi və bu siyasəti qəti olaraq pislədi. Bu iyrənc müstəmləkəçilik siyasəti ilə mübarizənin yollarını göstərdi. 

Gerçəkdən müasir dünyamızda qlobalizm ideyası və bu ideyanın tərəfdarlarının həyata keçirdiyi siyasət, artıq heç kimə sirr deyil. Ən böyük güc mərkəzi olan ABŞ, İngiltərə, qərb, qlobalizm ideyası altında müxtəlif istiqamətlərdə və müxtəlif mübarizələrlə, taktiki üsulları ilə öz ideyalarını dünyaya qəbul etdirmək istəyirlər. Beləliklə dünyada əsas ticarət yollarına, əsas təbii xammal mənbələrinə, bütün ölkələrə, bütün ticarətə və ümumiyyətlə bütün dünyaya, insanlığa nəzarət etmək istəyirlər. Dünyada aparılan ümumi rəqəmsallaşma, ümumdünya səhiyyə təşkilatı, ümumdünya maliyyə və s. beynəlxalq təsisatlar vasitəsi ilə dünya hökumətini yaradaraq, bu hökumət vasitəsilə dünyaya rəhbərlik etmək istəyirlər. Yəqin ki, NATO hərbi blokunu sürətlə genişləndirib inkişaf etdirməkdə də məqsəd, gələcəkdə onların düşündüyü ümumdünya hökuməti yaradılarkən bu hərbi blok ümumdünya polisi funksiyasında olacağını düşünsək, səhv etmərik. ABŞ, İngiltərə, qərbin siyasətini gördükdə bu düşüncələr məntiqi olaraq özlüyündə yaranır. Fransa da bu böyük güc mərkəzinin subyekti olduğuna görə, onun müstəmləkəçilik siyasəti ABŞ və qərb, İngiltərə güc mərkəzinin subyektləri tərəfindən normal, sakit qarşılanır. Çünki, bütün fəaliyyətlər pərdə arxasında olan bir beyin mərkəzi tərəfdən hazırlanır və nəzarət olunur. Qlobalistlərə qarşı olan əsas güc mərkəzi Rusiya Federasiyasıdır. Rusiya bu gün tarixi müstəmləkəçiliyinə tarixi qardaşlıq "lenti" ilə bağlayaraq bir sivilizasiya, Avrasiya sivilizasiya düşüncəsilə daha böyük çoğrafiyanı birləşdirməyə cəht edərək, bu ideyaya söykənərək, ənənəvi rəqibi ilə mübarizə aparmaqdadır. Çin də qlobalistlərlə mübarizə aparır. Amma Çinin bu mübarizədə tam olmasa da iqtisadiyyatının əhəmiyyətli hissəsi qlobalistlərdən asılıdır. Xatırlayaq ki, Çin təxminən 50 il əvvəl kənd təssərrüfatı ölkəsi idi. Onun iqtisadiyyatını Qlobalistlər milyadlarla dollar xərcləyərək inkişaf etdirdilər. ABŞ-ın zavodlarını Çinə köçürdülər və inkişaf etdirdilər. Yəni Çin öz sürətli iqtisadi inkişafına görə qlobalistlərə bocludur. 

Ermənistan kimi, İran kimi dövlətlərin yaranmasında da, böyük güc mərkəzlərinin geostrateji qlobal planlarının tərkib hissəsidir. Bu böyük planların reallaşmasının nəticəsidir. Geosiyasi müharibələrin tarixinə məna ardıcıllığı ilə baxdıqda, Ermənistan Respublikası da, İran adlı dövlət də böyük güclərin geosiyasi "məhsuludur". Əgər bu güclərin məkirli geosiyasi planları olmasaydı bu gün nə Ermənistan Respublikası, nə də İran adlı Fars millətçi dövləti mövcud olmazdı. Ermənistan Qərbi Azərbaycan torpağı olaraq qalacaqdı. İran isə Qacarlar dövlətimiz öz mövcudluğunu qoruyub saxlayardı və ya öz dövlətciliyinin təbii təkamülü prosesi ilə inkişaf edərdi. (Məlumdur ki, Qacarlar dövlətinin içinə cəsuslar yeridilərək uzun illər informasiya və ideoloji işlər aparmaq yolu ilə 15 dekabr 1925-ci ildə Qacarlar dövlətimizdə məxməri inqilab edərək Azərbaycanlıların min illik hakimiyyətini qanunsuz olaraq farslara təhvil verdilər. Rzanı özləri üçün oyuncaq "şah" təyin etdilər. 1936-cı ilə qədər Qacarlar adını dəyişib "Birləşmiş Əyalətlər" kimi qoydular. 1936-cı ildə isə Rza "şah"a ağası əmr etdi və o da fərman verərək dövlətin adını İran kimi qoydu. Sonrakı hadisələrdə Rza sülaləsi ağasının sözündən çıxdıqda yenə də Ölkədə ixtişaşlar yaradıb Rza sülaləsini qovub, yerinə 20 il ABŞ ın Fransada olan hərbi düşərgəsində gizlənən Xomeynini 1979 cu ildə hakimiyyətə gətirdilər və İİR-nı yenə də özləri üçün geosiyasi mübarizədə alət olaraq yaratdılar. Bu gün Rza sülaləsinin "iş"ini indi mollalar icra edir.) 

Yaponiyanın da dövlət bankı qlobalistlərin vəsaiti ilə yaradılıb və bu günə qədər də onların nəzarətlə işləyir. 

Bu gün dünyanın siyasi və geosiyasi xəritəsini bir az çəkməyə çalışdım ki, Bakıda keçirilən bu forumun əhəmiyyətini bir az anlaya bilək. Prezidentin cıxışında nə qədər önəmli mətləblərin olduğunu anlaya bilək. Forumun dünyanın yeni düzümü, yeni ədalətli səhmanı üçün əhəmmiyyətini anlaya bilək. Müasir dünya üçün Azərbaycan prezidenti cənab İlham Əliyev rolunu bir cümlə ilə desək, o zaman cəsarətlə demək olar ki, dünyada bütün xeyir qüvvələrin rəhbəri olaraq tanınmaqdadır. Bu forumun mahiyyəti odur ki, iki böyük güc mərkəzinin təsir zonasında olmayan bütün dövlətləri, təşkilatları bir xeyirxax güc mərkəzi halında, bir amal ətrafında birləşdirməkdir və bu böyük güc vasitəsi ilə dünyada sülhü, bərabərliyi yaratmaqdır. Cənab İlham Əliyev dünyanın olduqca çətin və mürəkkəb olduğu bir zamanda, öz siyasəti ilə Türk Dövlətləri Təşkilatını, Qoşulmama Hərakatı Təşkilatını, İslam birliyini, olduqca dəyərli düşüncələri ilə, fəliyyəti ilə özünü müdafiə, inkişaf və bərabərlik prinsipləri ilə dünyada ədalətin bərqərar olması üçün çalışan dünya miqyaslı sülh carçısı olan XEYİR QÜVVƏLƏRİN RƏHBƏRİDİR.

Tahir Ələkbərov

0.032845020294189