Mətbuat yolunun həm "əkinçisi",həm döyüşçüsu, dustağı belə oldum, amma nə yolumdan ,nə sevgimdən dönmədim

Mətbuatın xidmətində fədakarcasına "Əkinçilik" edən dəyərli həmkarlarım bayramınız mübarək!Qələminiz iti,sözünüz qiymətli olsun!

 

 Sıralarımızı vaxtsız tərk edən jurnalistlərimizin ruhu şad olsun!Qəhrəman və şəhid jurnalistlərimizin ruhu qarşısında baş əyirəm!Zərdabi yolunu vicdanla davam etdirən bu gün həbsxanada olan həmkarlarıma azadlıq arzulayıram!

Zərdabinin yolunu vicdanla gedən həmkarlarıma sağlamlıq,azadlıq,millət vəkillərinin maaşı qədər məvacib arzulayıram!

 

İlk dəfə 5 yaşımda babam mənə hərfləri öyrətdi, "Kommunist" qəzetini böyük adamlar kimi tutub höccələməyim ləzzət edirmiş babama, sonra "Göyərçin", "Murzilka" jurnalları, "Azərbaycan pioneri" qəzeti, artıq 7-ci sinifdən istedadlı şagird kimi məqalələrim dərc olundu,böyüdükcə istedadım məni respublikanın yeganə kanalı AzTv -yə aparıcı kimi apardı.İlk dəfə 16 yaşımda fədakar jurnalistimiz Milli Qəhrəmanımız Çingiz Mustafayevi də elə orda görmüşdüm. Daha sonrakı illərdə müstəqilliymizin ilk qaranquş mətbuat nümunələri, sonra yetkin mediamızda məqalələrim dərc olundu.Bircə günüm belə qəzetlərsiz, jurnallarsız keçməyib, onlarsız həyatımı təsvir etmədim.Mən bu yolu sevərək,seçdim.Milli mətbuatımıza özümü fəda etdim.Bu yolun həm "əkinçisi",həm döyüşçüsu, dustağı belə oldum amma nə yolumdan ,nədə sevgimdən dönmədim. Nə yaxşı ki, azacıq da olsa imzaların içində öz imzamı qoya bildim.Bu yolda bircə Şəfəq Ağacan imzasını qazana bildim. Bu gecə səhərə qədər Zərdabinin ruhu ilə söhbət etmişəm...Ruhun şad olsun,Həsən baba!

Bizə mətbuat yaradaraq yol qoydun.Bu yolun 149-cu pilləsinə gəlib çatdıq.

Bayramımız mübarək!

Şəfəq Ağacan

0.054137945175171