Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

Bu barədə BakuPress.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

 

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən beş ədəd müxtəlif markalı avtomat silahı, iki tapança, iki tüfəng, bir qumbaraatan, dörd qumbara, 19 patron darağı, üç mərmi, 1410 ədəd müxtəlif çaplı patron, üç süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

0.026027917861938