İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib

İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.

Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-dan (Bakı vaxtilə 08:30) etibarən İsrail Dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - məlumatda deyilir.

 

 

Mənbə: TASS

0.044996976852417