Bakıda saxlanılan üç narkokuryerdə 18 kq narkotik aşkarlanıb - FOTO/VİDEO

Paytaxtda saxlanılan üç narkokuryerdə 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar. C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə üç kiloqrama yaxın marixuana müəyyən edilib. Hər üç saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

0.031816959381104