Bakıda 23 nömrəli tam orta məktəbdə xəsarət alan şagirdin durumu AÇIQLANDI

Aprelin 1-də Bakıda 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında baş verən insident zamanı zərər çəkmiş yeniyetməyə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və agentlik tərəfindən izlənilir”.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BakuPress.Az-a verilən açıqlamada qeyd olunur.

 

Bildirilir ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda, şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar:

“Baş vermiş hadisə agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və “Məktəblinin dostu”nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır”.

Vurğulanıb ki, agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.

0.032000064849854