Elza Seyidcahanla İlhamə Quliyeva arasında sevgiliyə görə dava düşüb? - VİDEO

Əməkdar artist Elza Seyidcahan keçmiş duet ortağı, mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan küsülülüklərindən danışıb.

BakuPress.az xəbər verir ki, sənətçi verilişlərdən birində İlhamə Quliyevanın onu qısqandığını deyib. O, aparıcı Ülvira Qarayevanın “Mən belə eşitmişəm ki, İlhamə xanımla münasibətləriniz şəxsi zəmində pozulub. Deyirlər ki, ondan xoşu gələn birinin sizdən də xoşu gəlib, paylaşa bilməmisiniz” ifadələrinə aydınlıq gətirib.

“Qətiyyən. Heç bir sevgiliyə görə dava olmayıb. Mən çox gənc idim, hara gedirdim, məni nəinki əks cinsdən, hətta qadınlar belə çox sevirdi. İstər-istəməz qısqanclıq yaranırdı. İlhamə xanım sevirdi ki, onu hamı sevsin”, - deyə o bildirib. 

 

0.11720395088196