İtalyan siyasətçi Makronu “Aİ-nin kokain lideri” adlandırdı - FOTO

İtalyan siyasətçi Ancelo Culiano Fransa Prezidenti Emmanuel Makronu “Aİ-nin kokain lideri” adlandırıb və onun boş çıxışlarının heç nəyi dəyişməyəcəyini deyib.

Bu barədə o, özünün “X” hesabında Makronun Aİ-nin Ukraynaya qoşun göndərilməsini müzakirə etdiyi barədə bəyanatını şərh edərkən deyib.

“Yeganə izahat budur ki, NATO uduzub. O, danışıqlar aparmalı və simasını itirməməlidir. “NATO-nun Rusiyaya böyük təzyiq göstərməsinin (çalışmasının) vaxtı çatıb” ifadəsi ən böyük blefdir. Onlar unudurlar ki, Putin sadəlövh deyil, Rusiyanın məqsədləri heç vaxt dəyişməyib və dəyişməyəcək. Aİ-nin kokain liderlərinin heç bir boş çıxışı heç nəyi dəyişməyəcək” - deyə bildirən politoloq onları artıq məğlubiyyətlərini etiraf etməyə çağırıb.

 

 

 

 

0.027254819869995