Kliniki Tibbi Mərkəzdə xəstə yaxınları ilə həkimlər arasında gərginlik - VİDEO

Bakıda xəstəxanaların birində lentə alınan görüntülər narazılıqla qarşılanıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

İddiaya görə, xəstəyə qarşı özbaşınalıq Kliniki Tibbi Mərkəzdə (KTM) qeydə alınıb.

Məsələ ilə bağlı KTM-dən Baku.ws-ə bildirilib ki, xəstə 2000-ci il təvəllüdlü Səbinə Məmmədova 08.01.2024 tarixdə saat 10:00 radələrində isterik vəziyyətdə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Müayinə edildikdən sonra qadının 9 həftəlik hamilə olduğu müəyyən edilib:

 

 

“Yaxınları qanaxma olduğunu əsas gətirərək prosesin sakit şəkildə aparılmasına müdaxilə etməyə çalışıblar. Müayinələrdən sonra bətndəki dölün vəziyyətində hər hansı neqativ halın olmadığı bəlli olub. Lakin xəstə yaxınları onun qan qusduğunu və hamiləliyin pozulacağını bildirdikləri üçün, həkimlər tərəfindən həkim-cərrahın baxışı məsləhət görülüb. Yaxınları bu prosesə də mane olaraq xəstəyə damardaxili infuziya tələb ediblər, yenidən həkimlərin fəaliyyətinə müdaxilə etməyə başlayıblar.

Xəstədə cərrahın baxışından sonra mədə qanaxmasının olmaması aydın olub və xəstə şöbəyə yatırılıb. Analizlər götürülüb, lazımi müayinələr davam etdirilib və xəstədə hər hansı patologiya aşkar edilməyib. Xəstənin evdə ürəkbulanma və qusması hamiliyin gedişində müşahidə olunan normal hallardan biri olduğu barədə yaxınlarına məlumat verilib.

Onu da qeyd edək ki, həkimlərin peşə fəaliyyətinə ciddi maneə törədən və xəstəxanada digər xəstələrə də narahatlıq yaradan sözügedən xəstə yaxınlarının davranışları səbəbi ilə hüquq-mühafizə orqanlarına da məlumat verilib”.

Bizimlə əlaqə saxlayın

0.097245931625366