Saxta diplomlu müəllimlər və direktorlar haqqında mətbuatda tez -tez rast gəlinir.BakuPress.Az-a Kəlbəcər rayon təhsilində olan saxtakarlıq haqqında məlumat daxil olub.
Məlumatda qeyd olunur ki,10 ilə yaxın bir müddətdir ki, Kəlbəcər rayon 4 saylı körpələr evi uşaq baxçasının müdiri vəzifəsində işləyən Şəlalə Məmmədovanın diplomu saxtadır! Şəlalə Məmmədova bu vəzifəyə qədər Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə sinif müəllimi işləyib. Şəlalə Məmmədovanı bu vəzifəyə Kəlbəcər rayonunun keçmiş İcra Başçısı hal-hazırda Kəlbəcər rayonunun deputatı Aqil Məmmədov təyin edildiyi iddia olunur.
Mətbuat vasitəsi ilə vətəndaşlar qidiyyatı qurumların və Təhsil nazirliyinin bu işin araşdırlmasını xahiş edirlər.Bundan əlavə Şəlalə Məmmədova dövlət müəssini özünün şəxsi obyektinə çevirdiyi və uşaqların baxçaya götrülməsinin ayrı qiyməti və hər ay xüsusi ödəniş tələb olunduğu bildirilir.
Mətbuat olaraq bizimdə öz suallarım yarandı.Şəlalə Məmmədova saxta diplomla pedoqoji fəaliyyətə hansı yollarla gəlib?
Millət vəkili Aqil Məmmədovla Şəlalə Məmmədovanı hansı bağlar birləşdirir?
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq