“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - SİYAHI

Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.

Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan “Qarabağ” İsveçin “Hakken” klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.

Potensial rəqiblər sırasında Türkiyə çempionu “Qalatasaray” da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi “Milan”la da qarşılaşa bilər.

“Qarabağ” Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

 

 

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

0.09309720993042