Qurban Yetirmişli: “Zəlzələ 51 saniyə davam edib”

Bugünkü zəlzələnin davamiyyəti 51 saniyə olub”. 

BakuPress.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təkanların hiss olunması isə 41 saniyə çəkib:

 

 

“Baş verən zəlzələ güclü olmayıb. Zəlzələdən sonra afterşokların (təkrar təkanlar) hesabına enerji boşalmaları olub. Günün sonuna kimi enerji boşalmaları azalacaq. Azmərtəbəli binalarda zəlzələ çox hiss edilməyib”.

0.1492280960083