Omsk sakini cadunu aradan qaldırmaq üçün özünü cadugər kimi təqdim edən qadına 6 kiloqram qızıl-zinət əşyasını verib.
Məlumata görə, Rosanna adlı falçı “Instagram”da 40 yaşlı qadınla əlaqə saxlayıb və xanıma onun tilsimləndiyini bildirib.
Omsklu qadın isə buna inanıb və nə etmək lazım olduğunu soruşub. Falçı evdəki bütün qızılların ona göndərilməsini tələb edib. O bildirib ki, qızıl auranın təmizlənməsinə mane olan “mənfi metal”dir.
Omsk sakini evindəki bütün qızıl-zinət əşyalarını poçtla Moskva vilayətindəki Rozannaya göndərib. Falçı bir müddət sonra auranın təmizləndiyini dedikdə, zərərçəkən qızılın qaytarılmasını tələb edib. Rosanna 1 kiloqram qızılı geri göndərib, qalanını isə pul qarşılığında qaytaracağına söz verib.
Qadın polisə müraciət edib, lakin polis hadisədə heç bir cinayət tərkibi görmədiyi üçün iş açmaqdan imtina edib.
Mənbə: Gazeta.ru