Şuşanın bəzi kəndləri Xocalı rayonunun tərkibinə verilir

Şuşa rayonunun bəzi kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.

“Report”un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

 

 

Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi nəzərdə tutulur.

0.04093599319458