Türkiyədə mis mədəni çöküb, ölənlər və yaralananlar var - FOTO

Türkiyənin Siirt şəhərinin Şirvan rayonunda mis mədənində çökmə baş verib.

Məlumata görə, çökmə nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə ilə bağlı üç nəfər saxlanılıb. Mədənin çökmə səbəbləri məlum deyil, araşdırılma aparılır.

Qeyd edək ki, hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarm və təcili tibbi yardım xidmətləri göndərilib.

 

 

 

Mənbə: ntv.com.tr

0.024991989135742