Masallı Xəstəxanasında Rəzalət: Hamilə Qadın Pul Vermədiyinə Görə Həkim Xəstənin Angetin Cırıb Atdı – İDDİA

BakuPress.Az xəbər verur ki,Xəbəral.az saytına Masallı rayon sakini Əsmər Hüseynova Masallı rayon xəstəxanasında olan özbaşınalıqla bağlı şikayət məktubu göndərib.

Şikayətçi Əsmər Hüseynova saytımıza bildirdi ki, onun şikayəti oftalmoloq (göz həkimi) Gülnarə Məmmədovadandır.

Vətəndaşın iddiasına görə, göz həkimi Gülnarə Məmmədova ona pul verilmədiyinə görə, xəstəyə məxsus anketi cırıb atıb.

Xəbəral.az saytı vətəndaşın şikayətini olduğu kimi sizlərə təqdim edir:

Hörmətli TƏBİB, eşitdiyimizə görə dövlət xəstəxanalarında tibbi xidmət ödənişsizdir.

Vətəndaş yazır:


Bu gün Masallı Mərkəzi Rayon Xəstəxanasında oldum.Hamiləliyimin son günləridir,görmə qabiliyyətimin çox zəif olması və digər problemlərim səbəbindən həkim keysəriyyə əməliyyatı məsləhət gördü.Bu səbəbdən lazımi müayinələrə göndərildim.Hansı qapını açdımsa “şirinlik”tələb etdilər.Sonda göz müayinəsi zamanı “şirinliyi”vermədiyimdən “həkim xanım”yazdığı anketi cırıb atdı və vermədi.Xahiş edirəm bu kimi halların baş verməməsi üçün tədbirlər görülsün.Xəstəxana bazar kimi fəaliyyət göstərir.Axı həmin xəstəxanada bizim neçə dəyərli həkimlərimiz var.Mən təkcə özümə görə yox,orada gördüyüm çarəsiz,pulsuz,qoca,yaşlı insanlara görə də əzab çəkirəm.Orada olan körpələrə görə də əzab çəkirəm.Yaradılan sünii növbələr insanları bəzən səhərdən axşamadək xəstəxanada qalmağa vadar edir.

Bəsdirin daha!İnsanlara hörmət etmirsiniz özünüzə hörmət edin! Ayıbdır!!!

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

0.35498094558716