Argentina və Braziliya yığmaları məğlub olublar

Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunda məğlub olublar.

“Report”un məlumatına görə, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.

Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliklərini qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.

DÇ-2026, seçmə mərhələ

Cənubi Amerika zonası

V tur

 

 

Boliviya - Peru 2:0

Venesuela - Ekvador 0:0

Argentina - Uruqvay 0:2

Kolumbiya - Braziliya 2:1

Çili - Paraqvay 0:0

0.037325143814087