Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.
BakuPress.Az xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv Serbiyanı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.