Real Madrid” İspaniya La Liqasının 13-cü turu çərçivəsində evdə “Valensiya”nı darmadağın edib – 5:1.
Madridlilərin heyətində Vinisius Junior (42 və 49-cu dəqiqələr) və Rodriqo (50 və 84-cü dəqiqələr) dubl ediblər. Görüşdə hesabı isə 3-cü dəqiqədə Daniel Karvaxal açıb.
Uqo Duronun 88-ci dəqiqədə vurduğu qol “Valensiya” üçün təsəlli qolu olub.
“Real Madrid” 32 xalla ikinci yeri tutur. “Valensiya” isə 18 xalla doqquzuncudur.