“Maynts” Fələstin tərəfdarı futbolçusuyla müqaviləni ləğv etdi

Almaniyanın “Maynts” futbol klubu Fələstini dəstəkləyən paylaşımlarına cavab olaraq komandanın niderlandlı futbolçusu Ənvər Əl-Qazi ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

 

“Mayns” Ənvər Əl Qazi ilə müqaviləni ləğv edib. Futbolçunun müqaviləsinə xitam verilməsi dərhal, cümə günü noyabrın 3-də qüvvəyə minir. Bu tədbirlə klub futbolçunun açıqlamalarına və sosial şəbəkələrdəki paylaşımlarına cavab verir”, - Almaniya komandasının rəsmi saytında deyilir.

0.70488095283508