İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat uzun müddət çəkəcək və böyük səbir tələb edəcək”.
Bunu ölkənin müdafiə naziri Yoav Qalant bildirib.
“Bu müharibə qısa olmayacaq. Uzun müharibə olacaq. Bizə səbir lazımdır, böyük emosional dözümlülük lazımdır. Hər bir insana, cəmiyyətə, rəhbərliyə və hamıdan da çox təhlükəsizlik qüvvələrinə mətinlik lazımdır”, - o, Baş nazir Benyamin Netanyahu ilə xalqa birgə müraciəti zamanı deyib.
Mənbə: TASS