Bu səhər saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
BakuPress.Az-ın əldə etdiyi məlumata görə, hadisə qohumlar arasında baş verib.
Silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən “Corat bağları” adlanan yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi öldürüb.
Daha sonra isə Serkan Karakaşı və D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcovnı da vurub.
Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.
E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.
Baku TV hadisə yerində olub, hücuma məruz qalan ailənin yaxınlarını və qonşularını danışdırıb.
“Ən birinci anamı öldürdülər. Anama “sabahın xeyir” deyə bilmədim”, - qətlə yetirilən qadının övladı deyib.
Zərərçəkənlərin sözlərinə görə, ailələrinin heç kimlə münaqişəsi olmayıb:
“Anamı yerdə qan içində görüb atamı oyatdım. Sonra atam qarnından vuruldu. Bizə dedi ki, çölə çıxmayın”.
Qonşular isə qeyd ediblər ki, ailədə heç vaxt dava, söz-söhbət eşitməyiblər, onları mehriban insanlar kimi tanıyıblar.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: