Dodaq uçuqlamasından kor olmağa gedən yol - Mütəxəssis xəbərdarlıq etdi

Herpes viruslarına yoluxmaq asandır - xəstə insanla eyni fincandan içmək, onu öpmək, öskürən, ya asqıran yoluxmuş insanın yanında olmaq kifayətdir.

Bu barədə rusiyalı dermatoveneroloq Aleksandra Fileva xəbərdarlıq edib.

Onun sözlərinə görə bir qayda olaraq 1-ci tip herpes dodaqlarda (el dilində “dodaq uçuqlaması”), 2-ci tip herpes cinsi orqanlarda səpgilər şəklində görünür, lakin genital herpes 1-ci tip herpesdən də yarana bilər.

“Herpes virusu suçiçəyi, sitomeqalovirus infeksiyası, yoluxucu mononükleoz kimi xəstəliklərə də səbəb ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Həkim bildirib ki, bu virusların ümumi bir xüsusiyyəti var - infeksiyadan sonra onlar bədəndə əbədi olaraq qalır və istənilən fürsətdə, məsələn, hipotermiya, hiperinsolasiya, tez-tez soyuqdəymə və immun müdafiənin azalması, xroniki yorğunluq sindromu zamanı yenidən aktivləşirlər.

Filevanın sözlərinə görə, sadə herpes virus infeksiyası yüngül keçir, dodaqlarda qabarcıqlar, qaşınma və səpgilərin göründüyü bölgədə arabir sancmalarla müşayiət olunur.

 

 

“3-cü tip virus oyanarsa, insanda kəmərləyici dəmrov (herpes zoster) inkişaf edəcək, bu zaman bədənin bir tərəfində çox ağrılı səpgilər yaranır. Bu, xoşagəlməzdir, lakin adətən təhlükəli deyil - heç bir fəsad olmadan sağalırsan. Ancaq bəzən fəsadlar da olur, səpgilər getsə də, ağrı qalır. Kəmərləyici dəmrov uşaqlarda və ya böyüklərdə suçiçəyi törədə bilər”, - deyə mütəxəssis xəbərdarlıq edib.

Həkim bildirib ki, herpes virus infeksiyalarının əsas təhlükəsi, onların sinir liflərinə təsir göstərə bilməsi və məsələn, görmə, eşitmə ilə bağlı problemlərə, üz əzələlərinin parezinə səbəb ola bilməsidir.

“Xəstəliyin ağır formaları, hətta meningoensefalitə gətirib çıxara bilər, lakin bu, nadir hallarda və adətən yalnız risk qrupuna daxil olan insanlarda - balaca uşaqlarda, qocalarda və immun sistemi zəifləmiş xəstələrdə, məsələn, xərçəng xəstələrində baş verir”, - deyə Fileva bildirib.

Mənbə: Gazeta.ru

0.033236980438232