Almanlar "Qarabağ"a 1200 bilet ayırdı

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada "Bayer 04" klubunun qonağı olacaq "Qarabağ"a 1200 bilet ayrılıb.
 
Bu barədə BakuPress.Az-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
 
O, qarşılaşma üçün azərbaycanlı azarkeşlərin müraciətlərinin çox olduğunu söyləyib: "Biletlər 15 avrodan satışa çıxarılacaq. Həmyerlilərimiz görüşün başlamasına 3 saat qalmış stadiondan biletləri əldə edə bilərlər".
 
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0.047725915908813