Ən qəddar BÜRCLƏR: Onlarla ehtiyatlı davranın

Astroloqların fikrincə, insanın bürcü ilə qəddar olma potensialı arasında əlaqə var. Bəzi bürc nümayəndələri ilə sözünüzün çəp gəlməyi isə məsləhət deyil.

BakuPress.az  bu bürcləri təqdim edir.

 

QOÇ SƏHVLƏRİ QƏBUL ETMİR

Qoçlar çox asanlıqla əsəbiləşirlər. Onlara qarşı kin saxladığınız halda bunu “geri qaytarmaq”dan heç vaxt çəkinməyəcəklər. Onlar səhvlərini heç vaxt qəbul etmir, həmişə haqlı olduqlarını düşünürlər. Asanlıqla manipulyasiya edə bilirlər. Qəzəbləndikdə təhlükəli ola bilərlər.

ƏQRƏB QİSAS PLANI QURUR

Əqrəbləri heç vaxt hirsləndirməyin. Onların qəzəbi qorxulu ola bilər. Kimisə bəyənmirlərsə, həmişə həyata keçirməyə hazır qisas planı olur. Onlar hakimiyyəti ələ almağı sevirlər. Ya səni idarə etmələrinə icazə verməli, ya da azadlığınız haqqını ödəməlisən. Əqrəblər əvvəlcə həqiqətən sakit olmağı bacarır, lakin sərt tənqid qarşılaşdıqda təhdidkar olurlar. Qısası, bu bürclə inadlaşmaq qətiyyən məsləhət görülmür.

ŞİR ÇOX QƏDDARDIR

Şirləri utandırsanız, münasibətiniz bitəcək. Onların dəyər verdiyi şeylərdən biri də nüfuz və şöhrətdir. Nüfuzunu zədələsəniz, qəflətən sizə sərt təhqirlə qarşılıq verə bilər. Son dərəcə qəddardırlar və bunu ətraf mühitə əks etdirməkdən çəkinmirlər. Özlərinə çox dəyər verdiklərindən səhvlərə dözə bilmirlər. Belə vəziyyətlərdə onlar çılğınlaşa və qəddar ola bilərlər.

ƏKİZLƏR TƏNQİDİ QƏBUL ETMİR

Əkizlər bürcündən olanlar başqalarını incitdiklərini dərk edə bilmir. Çox vaxt səhv etdikləri zaman laqeyd davranırlar. Çünki öz səhvlərini qəbul etmir, haqlı olmağa çalışırlar. Daim səslərini ucaldırlar, vədləri pozmaq və faktları asanlıqla inkar etmək onlar üçün adi haldır. Əkizlər heç vaxt tənqidi qəbul etmirlər. Deyilən hər şeyi mənfi münasibəttək qəbul edirlər. Əgər həqiqətən haqlıdırlarsa, keçmişdə etdiyiniz səhvləri üzünüzə vuracaqlar.

DOLÇA SƏHVLƏRİ BAĞIŞLAMIR

Dolça onlara qarşı edilən səhvləri heç vaxt bağışlamır. Bu vəziyyət digər insan üçün çox pisdir. Ona qarşı səhv edən insanı incitməyənə qədər əl çəkmirlər. Dolçalar aldadıcıdır və bu dolçanın etdiyi ən qəddar şeydir. Yalan danışmağa, aldatmağa, duyğularla oynamağa, səni görməzliyə vurmağa, tərk etməyə hər an hazırdılar.

0.077684164047241