AVRO-2024: İngiltərə və Macarıstan final mərhələsində, San-Marino uzun müddət sonra qol vurdu - VİDEO

AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.

BakuPress.Az xəbər verir ki, son gündə üç qrupun oyunları keçirilib.

C qrupunda İtaliya ilə qarşılaşan İngiltərə millisi öz meydanında qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

G qrupunda qərarlaşan Macarıstan isə səfərdə Litva ilə heç-heçə edib. Bu, macarların Almaniyadakı qitə birinciliyinə vəsiqə qazanmaları üçün kifayət edib.

H qrupunun San-Marino - Danimarka matçı da yaddaqalan olub. Qonaqların 1:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada meydan sahiblərinin fərqlənə bilməsi diqqət çəkib. San-Marino millisi iki il idi qol sevinci yaşamırdı. Komanda sonuncu dəfə 2021-ci ildə Polşaya qarşı dünya çempionatının seçmə mərhələ matçında (1:7) qol vura bilmişdi.

Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər.

AVRO-2024, seçmə mərhələ
VIII tur
17 oktyabr

 

 

C qrupu
22:45. Malta - Ukrayna - 1:3
22:45. İngiltərə - İtaliya - 3:1

Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya - 10 (6), Şimali Makedoniya - 7 (6), Malta - 0 (7)

G qrupu
22:45. Litva - Macarıstan - 2:2
22:45. Serbiya - Monteneqro - 3:1

Xal durumu: Macarıstan - 14 (6), Serbiya - 13 (7), Monteneqro - 8 (6), Litva - 6 (7), Bolqarıstan - 2 (6)

H qrupu
20:00. Finlandiya - Qazaxıstan - 1:2
22:45. Şimali İrlandiya - Sloveniya - 0:1
22:45. San Marino - Danimarka - 1:2

Xal durumu: Sloveniya - 19 (8), Danimarka - 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya - 12 (8), Şimali İrlandiya - 6 (8), San Marino - 0 (8).

 

0.02932596206665