Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Kremli İrəvanda hökuməti devirmək cəhdində ittiham edib.
Bu barədə N.Paşinyan Avropa Parlamentində çıxışında bildirib.
“Bizim təhlükəsizlik üzrə müttəfiqlərimiz açıq şəkildə Ermənistanda demokratik hökumətin devrilməsinə çağırış ediblər”, - deyə N.Paşinyan vurğulayıb.
O əlavə edib ki, ermənilər məhz Rusiya sülhməramlılarının fəaliyyətsizliyi nəticəsində Qarabağı tərk ediblər.
Mənbə: Sputnik Ermənistan