İran səfirliyi Ronalduya 99 şallaq cəzası barədə açıqlama verdi - FOTO/VİDEO

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ictimai yerdə iranlı qızı qucaqlayıb öpdüyünə görə şallaq cəzası ilə üzləşməyəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın İspaniyadakı səfirliyi məlumat yayıb.

“Biz İranda hər hansı beynəlxalq səviyyəli idmançının mühakimə olunma ehtimalını qətiyyətlə inkar edirik. Onun Fatimə Həmami ilə səmimi və humanist görüşü də yüksək qiymətləndirilib və həm xalqın, həm də ölkənin idman orqanlarının heyranlığına səbəb olub”, - deyə səfirliyin “X” sosial şəbəkə hesabında bildirilib.

 

 

Qeyd edək ki, bundan əvvəl İran mətbuatında Ronaldunun futbolçunun portretini çəkən iranlı rəssam Fatimə Həmamini açıq şəkildə öpüb qucaqladığına görə 99 şallaq cəzası gözlədiyi barədə məlumat yayılmışdı. Hadisə Ronaldunun Asiya Çempionlar Liqasında yerli “Persepolis”lə oyun üçün Tehrana səfəri zamanı baş vermişdi. Futbolçu səfər çərçivəsində fanatları, o cümlədən Fatimə adlı rəssamla görüş keçirmişdi. Ronaldu fiziki məhdudiyyətli pərəstişkarı ilə ünsiyyətdə olarkən təşəkkür üçün onu qucaqlamışdı.

 

0.11263585090637