Qəzzada 120-dən çox mülki şəxs Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən əsir götürülüb.
BakuPress.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) “X” sosial şəbəkəsində məlumat verilib.
“SAXAL Qəzzada 120-dən çox dinc sakinin HƏMAS terror təşkilatı tərəfindən əsir götürüldüyünü təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.