İki boksçumuz Avropa Kubokunda yarımfinala yüksəlib

Monteneqronun Budva şəhərində təşkil olunan boks üzrə Avropa Kuboku davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə millimizin iki üzvü yarımfinala yüksəlib.

İlk görüşündə Bartumey Roskoviçi (Polşa) mübarizədən kənarlaşdıran Malik Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamraouini sınağa çəkib. Gərgin keçən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Həsənov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Malik üçüncü döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.

75 kq-da Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı üçüncü yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə yazıb. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə aydınlıq gətirəcək.

 

 

Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.

Qeyd edək ki, Avropa kubokunun beşinci günündə millimizin üç boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kq) Miroslav Kapulerlə (İsrail) gücünü yoxlayacaq.

Bizimlə əlaqə saxlayın

0.062257051467896