Azərbaycanlı Rusiyada lotereyada 100 milyon pul uddu - FOTO

Rusiyada yaşayan azərbaycanlı Azər Musayev lotereyada 100 milyon rubl (təxminən 1 milyon 695 min manat) pul udub.

Bəxti gətirən soydaşımız bildirib ki, uduşlu lotereya biletinin qiyməti 500 rubl (8 manat 40 qəpik) təşkil edib.

“Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, son dəfə cəhd edim. Qəpiklə lotereyanın qoruyucu təbəqəsini siləndə sətirdə 5 milyon gördüm. Sevindim, heç təkrar yoxlamadım da və artıq anladım ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladı və məlum oldu ki, 5 milyon yox, əslində, 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım”, - Azər Musayev bildirib.

Azər Musayev Rusiyanın Soçi şəhərində tikinti sahəsində işləyir. Böyük ailəsi olan Azər bildirib ki, udduğu məbləğlə yaxınlarına əl tutacaq, mənzilini təmir etdirəcək, avtomobilini yeniləyəcək və oğluna təmtəraqlı toy çaldıracaq.

 

 

 

Mənbə: Timelottery.ru

0.085511207580566