İsraildən HƏMAS-a AĞIR ZƏRBƏ: Siyasi Büronun iki üzvü də öldürüldü

İsrailin endirdiyi zərbələr nəticəsində İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Büronun iki üzvü öldürülüb.

BaluPress.az xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı məlumatda deyilir.

"Qəzza zolağının İsrailin atəşə tutması zamanı gecə saatlarında həlak olan Siyasi Büro üzvləri Zəkəriyyə Əbu Əhməd Müəmmər (50 yaş) və Cavad Əbu Şammalın (50 yaş) öldüyünü bildiririk", - bəyanatda elan edilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri "Telegram"da İslami Müqavimət Hərəkatının İqtisadiyyat naziri Cavad Əbu Şamalın məhv edildiyini elan edib.

0.032938003540039