Putindən nüvə mesajı: Vaxt verildi

Rusiya hökuməti Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin ratifikasiyasını geri götürmək üçün hərəkətə keçib.BakuPress.Az

 xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya Dövlət Dumasının rəhbərliyi bu qurumun Beynəlxalq Məsələlər üzrə Komitəsinə müqavilənin ratifikasiyasını geri götürmək prosesini müzakirə etmək üçün oktyabrın 18-dək vaxt verib. Rusiya Prezidenti Vladimir Putin ilk dəfə oktyabrın 5-də ratifikasiyanın geri götürülməsi ehtimalı barədə danışıb.

“Kreml ABŞ və müttəfiqlərini Ukraynanı dialoq masasına gətirmək məqsədilə Kiyevə təzyiq etməyə təşviq etmək üçün nüvə ritorikasından istifadə edir. Bununla belə, Rusiyanın Ukraynada nüvə silahından istifadə ehtimalı azdır”, - təhlildə deyilir.

“Röyter”in bundan əvvəlki iddiasına görə, Rusiya praktiki nüvə sınaqlarına hazırlaşır. Məqsəd Qərbi qorxutmaq və Kremlin qətiyyətini nümayiş etdirmək ola bilər.

Eyni zamanda, ekspertlərin fikrincə, Moskvanın nüvə sınaqlarına əl atacağı ehtimalı azdır, çünki belə bir addım çox ciddi eskalasiya olardı.

0.040162801742554