DTX Azər Zeynalovu Bakıya gətirdi

Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq Bakıya gətirilib.

BakuPress.az xəbər verir ki, bu haqda Dia.az-a onun yaxın qohumları məlumat verib.

Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra, bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi.

Yaxınlarının verdiyi məlumata görə, Azər Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun hansı cinayət əməlinə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur. Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün onun məhkəmə qarşısına çıxarılıb, çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.

Xatırladaq ki, Azər Zeynalovun həbsi xəbərini də ilk olaraq dia.az saytı yayıb.

0.1653528213501