Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək.
BakuPress.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları oynanılacaq.
A qrupunda yer alan Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Qrupun digər matçında Almaniyada “Bavariya” Danimarkanın “Kopenhagen” klubunu sınağa çəkəcək.
C qrupunda yer alan İspaniya “Real Madrid”i İtaliyada “Napoli” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, II tur
3 oktyabr
A qrupu
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Qalatasaray” (Türkiyə)
23:00. “Kopenhagen” (Danimarka) - “Bavariya” (Almaniya)
Xal durumu: “Bavariya” - 3, “Qalatasaray” - 1, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0.
B qrupu
23:00. “Lans” (Fransa) - “Arsenal” (İngiltərə)
23:00 PSV (Niderland) - “Sevilya” (İspaniya)
Xal durumu: “Arsenal” - 3, “Lans” - 1, “Sevilya” - 1, PSV - 0.
C qrupu
20:45. “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya)
23:00. “Napoli” (İtaliya) - “Real Madrid” (İspaniya)
Xal durumu: “Napoli” - 3, “Real Madrid” - 3, “Braqa” - 0, “Union” - 0.
D qrupu
20:45. “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya)
23:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)
Xal durumu: “Zaltsburq” - 3, “Real Sosyedad” - 1, “İnter” - 1, “Benfika” - 0.