30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib 

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.

Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.

0.027271032333374