Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
BakuPress.Az xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,35 dollar və ya 3,37% artaraq 102,7 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.