İranda qum fırtınası: 2107 nəfər xəstəxanalıq oldu

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə 2107 nəfər qum fırtınasının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.

Bu barədə Sistan-Bəlucistan viayətinin fövqəladə hallar üzrə rəhbəri Məcid Muhibbi məlumat verib.

Onun sözlərinə görə, hazırda 136 nəfərin müalicəsi davam edir.

 

 

Sistan-Bəlucistan Meteorologiya İdarəsinin baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən görmə qabiliyyətinin 500 metrə qədər azaldığını bildirib.

Mənbə: Haber Global

0.027424812316895