Dünyada elə adamlar var ki, onlar “dünyanı vecinə almır”, qanunsuz əməllər törətməkdən geri çəkilmək istəmirlər...
Ölkənin nüfuzlu media vasitələrinin yazdıqları kimi, hakim komandanın tərkibində bəd əməl sahibləri, cinayətkar yuksək vəzifəli məmurların sırası o qədər də sıx deyil. Lakin çox olmayan belə vəzifə sahiblərinin törətdikləri bəd əməllərin miqyası böyük olduğundan daha çox əks-səda verir, cəmiyyətdə böyük partlayış effekti yaradır. Adamlara isə elə gəlir ki, sanki ölkənin bütün məmurlarının hamısı adioz varlıqlardır...
Az da olsa, bü cür yuksək vəzifəyə təyin olan adamlar ilk gündən öz xoşagəlməz hərəkətlərilə ictimaiyyətin xeyrinə yox, əleyhinə köklənir və əvvəlcədən cızdıqları şəxsi planı əsasında qazanc əldə etmək məqsədinə xidmət edirlər.
Belələrindən biri, bəlkə də, birincisi hazırda Sumqayıt kimi gənc şəhərin icra başçısı vəzifəsi kreslosunda əyləşən Zakir Fərəcovdur, deyirlər. Bu insanın təsəvvür edilməsi mümkün olmayan, ağılsığmaz hərəkətləri barədə yazılanlarla tanış olduqca, düşünürsən ki, insan nə qədər zülmkar və vicdansız ola bilərmiş, İlahi! Bəzən insafsız adamlar haqqında yanımda danışanda xoşum gəlmir, heç belə adamların olmasına inanmağım da gəlmir, hətta bəzi dostlarıma belə adamlar barədə danışmağı məsləhət görmürəm. Lakin səndemə, mən yanılmışam, elə acgöz, haramxor, ALLAHsız iş görən, dünyanın fani olduğunu dərk etməyən vəzifəli şəxslər var ki, onun gördüyü bəd əməllər Zakir Fərəcovun tutduğu bəd əməllərin yanında "toya getməlidir"!
Bu cür vəzifə sahibləri özünə əlaltı kimi vəzifələrə gətirdiyi məmurlardan həyata keçirməyi planladığı bəd əməlləri gerçəkləşdirmək üçün istifadə edirlər. Buna görə elə mənəvi yoxsul kadrlar seçib, vəzifəyə gətirirlər ki, onlar icra başçısının qanundankənar fəaliyyətinə aid olan işləri həyata keçirmək qabiliyyətinə malik olsunlar. Bu mənada Zakir Fərəcov Sumqayıt icra hakimiyyətinə, bəzilərini çıxmaq şərtilə, elə kadrlar gətirib ki, onlar istənilən bəd əməli, hətta cinayəti belə, icra etməyə qadirdilər.
Məsələn, Zakir Fərəcovun sabiq müavini Gündüz Əliyev icra başçısının tapşırığı ilə Sumqayıtda gedən tikinti-abadlıq işlərinə həm nəzarət edib, həm də orada maxinasiya ilə maliyyə fırıldağı törətməklə məşğul olub. Hesablama Palatasının yoxlaması zamanı Gündüz Əliyevin rəhbərliyilə aparılan maliyyə maxinasiyasında külli miqdarda dövlət pulunun mənimsənildiyi üzə çıxıb. Hesablama Palatası Sumqayıtdakı mənimsəmə faktlarını əks etdirən yoxlama sənədlərini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Baş İdarə göstərilən faktları yerində yoxlayıb, Gündüz Əliyev və digərləri barədə cinayət işi açıb...
Maraqlıdır ki, xarakterik xüsusiyyətləri və vəzifə başında törətdikləri iyrənc hsdisələr barədə ölkə mediasında yazılanları oxuyanda, adam dəhşətə gəlir! Amma bu adamların həbsdə yatan cinayətkar ünsürlərin yanında olmalıykən hələ də vəzifə kürsündə əyləşməsi hər kəsi şoka salır! Lakin nə demək olar, "ağası gülüm olanın başına külüm olar"- deyib atalar! Axı, Sumqayıtda dövlət pulunu oğurlayan cinayətkarlar barəsində rəsmi cinayət işi açılıb, amma Zakir Fərəcovun bəd əməl ortağı, özünü onun əlaltısı kimi tanıdan yüksək vəzifə sahibi Gündüz Əliyev hələ azadlıqdadır, özü də, çox rahat vəzifə kreslosunda əyləşib, görəsən, bunun adı nədir!?..
Çünki Sumqayıtda əzazil məmur özbaşınalıqları ilə daha çox qarşılaşan ölkə vətəndaşları, iş adamları ardıcıl olaraq yuxarı orqanlara şikayət edilər, lakin bu şikayətlərə baxılmır! Ölkənin müstəqil media orqanlarında icra başçısı Zakir Fərəcovla bərabər, onun cinayət ortağı olan Gündüz Əliyev kimi yuksək vəzifə sahibinin cinayət əməli barədə gedən yazıların sayı-hesabı yoxdur və heç bu yazılarda əksini tapan cinayət faktlarını araşdıran da yoxdur, niyə!...
Bu cinayətkarlar haqqında yazılanları oxuyan hər kəs, dövlət qanunlarının varlığına və işləməsinə, külli miqdarda dövlətin pulunu mənimsəyən cinayətkarlara dövlətin biganə qalmasına heç kəs inana bilmir! Baxın, hələlik vəziyyət çox təhlükəli və inanılmazdır!
Bu yerdə bircə onu deyə bilərik ki, Azərbaycan dövlətinin xəzinəsinə əl uzadan cinayətkarlara - zakirfərəcovlara və çingizəliyevlərə hökumətin etdiyi inanılmaz güzəşt yolverilməzdir!..
Mövzunu davam etdirəcəyik, saytı izləyin.