Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bakupress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.